https://sputnik.az/20240324/azerbaycandan-turk-dovletlerine-mehsullarin-vahid-brend-altinda-istehsalini-teklif-etdi-463480406.html
Azərbaycandan türk dövlətlərinə məhsulların vahid brend altında istehsalını təklif etdi
Azərbaycandan türk dövlətlərinə məhsulların vahid brend altında istehsalını təklif etdi
Sputnik Azərbaycan
Nazir həmçinin qeyd edib ki, TDT ölkələrinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacları müəyyənləşdirilməli, bu məhsullara olan tələbat əsasən təşkilata... 24.03.2024, Sputnik Azərbaycan
2024-03-24T17:58+0400
2024-03-24T17:58+0400
2024-03-24T17:58+0400
türk dövlətləri təşkilatı
iqtisadiyyat
prezident ilham əliyev
kənd təsərrüfatı nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42362/49/423624984_0:0:1494:841_1920x0_80_0_0_0993d3913c15e80bd74b6861876bf184.jpg
BAKI, 24 mart - Sputnik. Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türk Dövlətləri Təşkilatı (TDT) brendi altında birgə kənd təsərrüfatı və qida məhsullarının istehsalı ilə bağlı pilot layihəyə başlanılmasını, təşkilat daxilində ümumi kənd təsərrüfatı sığortası sisteminin tətbiqi imkanlarının araşdırılmasını təklif edib.Nazirliyin yaydığı məlumata görə, M.Məmmədov təklifini TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin Qazaxıstanda keçirilmiş III Toplantısında irəli sürüb.Nazir həmçinin qeyd edib ki, TDT ölkələrinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacları müəyyənləşdirilməli, bu məhsullara olan tələbat əsasən təşkilata üzv ölkələr hesabına təmin edilməlidir.Bundan başqa, Azərbaycan rəsmisi bildirib ki, TDT ölkələrinin iqtisadi, aqrar potensialı, investisiya imkanları, həyata keçirilən islahatlar və mövcud nəqliyyat-logistika infrastrukturu əməkdaşlığın genişləndirilməsinə imkan verir. Azərbaycanın Avrasiya regionunun etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini deyən Məcnun Məmmədov ölkəmizin həyata keçirdiyi mühüm beynəlxalq nəqliyyat layihələrinin TDT ölkələri arasında qarşılıqlı ticarət əlaqələrinin inkişafına verə biləcəyi töhfə barədə ətraflı məlumat verib.Nazir Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizi “yaşıl enerji” zonası elan etdiyini və bu ərazilərin böyük aqrar potensiala malik olduğunu diqqətə çatdırıb. Toplantıda işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində Azərbaycanın dost ölkələrlə əməkdaşlığa hazır olduğu qeyd olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42362/49/423624984_146:0:1391:934_1920x0_80_0_0_efdf3ef9dad24f630837689d507e7dcc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türk dövlətləri təşkilatı, prezident ilham əliyev, kənd təsərrüfatı nazirliyi
türk dövlətləri təşkilatı, prezident ilham əliyev, kənd təsərrüfatı nazirliyi
Azərbaycandan türk dövlətlərinə məhsulların vahid brend altında istehsalını təklif etdi
Nazir həmçinin qeyd edib ki, TDT ölkələrinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacları müəyyənləşdirilməli, bu məhsullara olan tələbat əsasən təşkilata üzv ölkələr hesabına təmin edilməlidir.
BAKI, 24 mart - Sputnik. Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türk Dövlətləri Təşkilatı (TDT) brendi altında birgə kənd təsərrüfatı və qida məhsullarının istehsalı ilə bağlı pilot layihəyə başlanılmasını, təşkilat daxilində ümumi kənd təsərrüfatı sığortası sisteminin tətbiqi imkanlarının araşdırılmasını təklif edib.
Nazirliyin yaydığı məlumata görə, M.Məmmədov təklifini TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin Qazaxıstanda keçirilmiş III Toplantısında irəli sürüb.
Nazir həmçinin qeyd edib ki, TDT ölkələrinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacları müəyyənləşdirilməli, bu məhsullara olan tələbat əsasən təşkilata üzv ölkələr hesabına təmin edilməlidir.
Bundan başqa, Azərbaycan rəsmisi bildirib ki, TDT ölkələrinin iqtisadi, aqrar potensialı, investisiya imkanları, həyata keçirilən islahatlar və mövcud nəqliyyat-logistika infrastrukturu əməkdaşlığın genişləndirilməsinə imkan verir. Azərbaycanın Avrasiya regionunun etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini deyən Məcnun Məmmədov ölkəmizin həyata keçirdiyi mühüm beynəlxalq nəqliyyat layihələrinin TDT ölkələri arasında qarşılıqlı ticarət əlaqələrinin inkişafına verə biləcəyi töhfə barədə ətraflı məlumat verib.
Nazir Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizi “yaşıl enerji” zonası elan etdiyini və bu ərazilərin böyük aqrar potensiala malik olduğunu diqqətə çatdırıb. Toplantıda işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində Azərbaycanın dost ölkələrlə əməkdaşlığa hazır olduğu qeyd olunub.