https://sputnik.az/20240323/tacikistan-xn-crocus-da-bas-vermis-terror-akti-ile-bagli-sayielere-inanmamaga-cagirib-463458075.html
Tacikistan XİN Crocus-da baş vermiş terror aktı ilə bağlı şayiələrə inanmamağa çağırıb
Tacikistan XİN Crocus-da baş vermiş terror aktı ilə bağlı şayiələrə inanmamağa çağırıb
Sputnik Azərbaycan
Cümə günü axşam Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib. İstintaq Komitəsinin son... 23.03.2024, Sputnik Azərbaycan
2024-03-23T11:26+0400
2024-03-23T11:26+0400
2024-03-23T13:12+0400
"crocus city"də terror aktı
crocus city hall
https://cdnn1.img.sputnik.az/img/07e8/03/17/463455056_0:0:3171:1785_1920x0_80_0_0_462f9a2e23b0ed053a0bd6eab781dd5f.jpg
BAKI, 23 mart - Sputnik. Tacikistan Xarici İşlər Nazirliyi KİV-dən Crocus City Hall-da terror aktını törədənlər haqqında yoxlanılmamış və etibarsız məlumat yaymaqdan çəkinməyi xahiş edir. Bu barədə RİA Novosti-yə Xarici İşlər Nazirliyinin informasiya departamentinin rəhbəri Şoxin Səmədi bildirib.Agentliyin həmsöhbətinin sözlərinə görə, “Hazırda Rusiyadakı diplomatik nümayəndəliyimizə Moskva yaxınlığındakı “Krokus Siti Holl” kompleksində törədilmiş dəhşətli terror aktı nəticəsində yaralanan və həlak olanlar arasında Tacikistan vətəndaşları barədə məlumat daxil olmayıb”.Səmədi onu da əlavə edib ki, Tacikistanın Moskvadakı səfirliyi Rusiya Federasiyasının müvafiq dövlət qurumları ilə daimi əlaqə saxlayır.İstintaq Komitəsinin son məlumatlarına görə, ən azı 60 nəfər ölüb, lakin idarə bu rəqəmin hələ də arta biləcəyini qeyd edib.Səhiyyə naziri Mixail Muraşko 115 nəfərin xəstəxanaya yerləşdirildiyini, onlardan beşinin uşaq, 60 böyük və bir uşağın vəziyyətinin ağır olduğunu bildirib. Terror aktı ilə bağlı cinayət işi açılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/17/463455056_440:0:3171:2048_1920x0_80_0_0_5bf4a336f46eaa5e8a7fea43caf6b8f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
crocus city hall
Tacikistan XİN Crocus-da baş vermiş terror aktı ilə bağlı şayiələrə inanmamağa çağırıb
11:26 23.03.2024 (Yenilənib: 13:12 23.03.2024) Cümə günü axşam Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib. İstintaq Komitəsinin son məlumatlarına görə, ən azı 60 nəfər həlak olub.
BAKI, 23 mart - Sputnik. Tacikistan Xarici İşlər Nazirliyi KİV-dən Crocus City Hall-da terror aktını törədənlər haqqında yoxlanılmamış və etibarsız məlumat yaymaqdan çəkinməyi xahiş edir. Bu barədə RİA Novosti-yə Xarici İşlər Nazirliyinin informasiya departamentinin rəhbəri Şoxin Səmədi bildirib.
“Biz rusiyalı jurnalistlərdən “Krokus Siti Holl”da terror aktını törədənlər haqqında yoxlanılmamış və etibarsız məlumatlar yaymaqdan çəkinmələrini xahiş edirik, çünki müxtəlif qeyri-rəsmi kanallarda çoxlu yalanlar var”, - deyə nazirlik rəsmisi bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, “Hazırda Rusiyadakı diplomatik nümayəndəliyimizə Moskva yaxınlığındakı “Krokus Siti Holl” kompleksində törədilmiş dəhşətli terror aktı nəticəsində yaralanan və həlak olanlar arasında Tacikistan vətəndaşları barədə məlumat daxil olmayıb”.
Səmədi onu da əlavə edib ki, Tacikistanın Moskvadakı səfirliyi Rusiya Federasiyasının müvafiq dövlət qurumları ilə daimi əlaqə saxlayır.
İstintaq Komitəsinin son məlumatlarına görə, ən azı 60 nəfər ölüb, lakin idarə bu rəqəmin hələ də arta biləcəyini qeyd edib.
Səhiyyə naziri Mixail Muraşko 115 nəfərin xəstəxanaya yerləşdirildiyini, onlardan beşinin uşaq, 60 böyük və bir uşağın vəziyyətinin ağır olduğunu bildirib. Terror aktı ilə bağlı cinayət işi açılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.