https://sputnik.az/20240323/ngilis-alimler-infarktdan-yaranan-olum-riskini-qan-analizi-ile-qiymetlendiribler-463408743.html
İngilis alimlər infarktdan yaranan ölüm riskini qan analizi ilə qiymətləndiriblər
İngilis alimlər infarktdan yaranan ölüm riskini qan analizi ilə qiymətləndiriblər
Sputnik Azərbaycan
Alimlər fikrincə yeni üsul risk altında olan insanları əvvəlcədən müəyyən etməyə və vaxtında müalicə etməyə imkan verəcək. 23.03.2024, Sputnik Azərbaycan
2024-03-23T22:12+0400
2024-03-23T22:12+0400
2024-03-23T22:12+0400
qan
dünya xəbərləri
alimlər
ürək çatışmazlığı
qan təzyiqi
stress
https://cdnn1.img.sputnik.az/img/42070/64/420706465_0:0:3077:1731_1920x0_80_0_0_d82a0f12183d41aca9055cd14725a5d9.jpg
BAKI, 23 mart — Sputnik. Böyük Britaniyanın Oksford Universitetinin alimləri ürək çatışmazlığından ölüm riski yüksək olan insanları müəyyən etmək üçün yeni üsul hazırlayıblar. Rusiya mediasının yaydığı xəbərə görə, onlar bunun üçün qan analizindən istifadə etməyi təklif ediblər.Tədqiqatda alimlər müxtəlif dərəcələrdə ürək çatışmazlığı olan 800-dən çox insanın səhhətinə dair məlumatlarını təhlil ediblər. Xəstələrdən qan nümunələri götürülüb, qan təzyiqi ölçülüb və exokardioqramma (EKQ) müayinələri aparılıb. Alimlər diqqəti neyropeptid Y (NPY) adlı zülal üzərində cəmləyiblər. Bu zülalın yüksək səviyyədə olduğu insanların üç il ərzində infarktdan ölmə riski digərlərinə nisbətən 50% daha yüksək olub. Neyropeptid Y - stres hormonudur. Onu ürək-damar sisteminin neyronlarında aşkar ediblər. Alimlər hesab edirlər ki, orqanizm həddindən artıq stresə cavab olaraq onu ifraz etməyə başlayır. Hormon ürək ritminin pozulmasına səbəb ola bilər və ürək əzələsində kiçik qan damarlarının bağlanmasına gətirib çıxara bilər. Nəticədə ürək artan yükü hiss etməyə başlayır. "The Independent" xəbər verir ki, alimlər fikrincə yeni üsul risk altında olan insanları əvvəlcədən müəyyən etməyə və vaxtında müalicə etməyə imkan verəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42070/64/420706465_4:0:2733:2047_1920x0_80_0_0_d3163a6dc16af02c91ea087c37f3c56a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qan, alimlər, ürək çatışmazlığı, qan təzyiqi, stress
qan, alimlər, ürək çatışmazlığı, qan təzyiqi, stress
İngilis alimlər infarktdan yaranan ölüm riskini qan analizi ilə qiymətləndiriblər
Alimlər fikrincə yeni üsul risk altında olan insanları əvvəlcədən müəyyən etməyə və vaxtında müalicə etməyə imkan verəcək.
BAKI, 23 mart — Sputnik. Böyük Britaniyanın Oksford Universitetinin alimləri ürək çatışmazlığından ölüm riski yüksək olan insanları müəyyən etmək üçün yeni üsul hazırlayıblar. Rusiya mediasının yaydığı xəbərə görə, onlar bunun üçün qan analizindən istifadə etməyi təklif ediblər.
Tədqiqatda alimlər müxtəlif dərəcələrdə ürək çatışmazlığı olan 800-dən çox insanın səhhətinə dair məlumatlarını təhlil ediblər. Xəstələrdən qan nümunələri götürülüb, qan təzyiqi ölçülüb və exokardioqramma (EKQ) müayinələri aparılıb.
Alimlər diqqəti neyropeptid Y (NPY) adlı zülal üzərində cəmləyiblər. Bu zülalın yüksək səviyyədə olduğu insanların üç il ərzində infarktdan ölmə riski digərlərinə nisbətən 50% daha yüksək olub.
Neyropeptid Y - stres hormonudur. Onu ürək-damar sisteminin neyronlarında aşkar ediblər. Alimlər hesab edirlər ki, orqanizm həddindən artıq stresə cavab olaraq onu ifraz etməyə başlayır.
Hormon ürək ritminin pozulmasına səbəb ola bilər və ürək əzələsində kiçik qan damarlarının bağlanmasına gətirib çıxara bilər. Nəticədə ürək artan yükü hiss etməyə başlayır.
"The Independent" xəbər verir ki, alimlər fikrincə yeni üsul risk altında olan insanları əvvəlcədən müəyyən etməyə və vaxtında müalicə etməyə imkan verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.