https://sputnik.az/20240323/milli-meclisin-sedri-rf-federasiya-surasi-ve-dovlet-dumasinin-sedrlerine-bassagligi-verib-463470004.html
Milli Məclisin sədri RF Federasiya Şurası və Dövlət Dumasının sədrlərinə başsağlığı verib
Milli Məclisin sədri RF Federasiya Şurası və Dövlət Dumasının sədrlərinə başsağlığı verib
Sputnik Azərbaycan
Cümə günü axşam Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib. Martın 24-ü ümummilli matəm... 23.03.2024, Sputnik Azərbaycan
2024-03-23T17:07+0400
2024-03-23T17:07+0400
2024-03-23T17:07+0400
"crocus city"də terror aktı
sahibə qafarova
rusiya
federasiya şurası
dövlət duması
başsağlığı
crocus city hall
https://cdnn1.img.sputnik.az/img/42336/73/423367305_0:0:981:552_1920x0_80_0_0_74a4e4e9678fb29596e93cc65e67383b.jpg
BAKI, 23 mart - Sputnik. Martın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dövlət Dumasının sədri Vyaçeslav Volodinə başsağlığı məktubları ünvanlayıb.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentin sədri Crocus City Hall konsert zalında baş vermiş dəhşətli terror aktı nəticəsində dinc sakinlərin həlak olmasından sarsıldığını və kədərləndiyini bildirib.Məktublarda Milli Məclisin sədri bu dəhşətli terror aktını şiddətlə qınayıb, bu hadisə ilə bağlı öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından bütün Rusiya xalqına, Federasiya Şurasının və Dövlət Dumasının üzvlərinə, həlak olanların doğmalarına başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.Martın 22-si cümə günü axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hall-da konsertdən əvvəl baş verən atışma və yanğın qurbanlarının xatirəsi üçün ümummilli matəm elan olunub.Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, hadisə nəticəsində 115 nəfər ölüb.Rusiya prezidenti Vladimir Putin martın 24-ü Crocus City Hall-da baş vermiş terror aktı nəticəsində həlak olanlar üçün Rusiyada milli matəm günü elan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42336/73/423367305_75:0:967:669_1920x0_80_0_0_ea5025f81f49a361aff24d413c797598.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sahibə qafarova, rusiya, federasiya şurası, dövlət duması, başsağlığı, crocus city hall
sahibə qafarova, rusiya, federasiya şurası, dövlət duması, başsağlığı, crocus city hall
Milli Məclisin sədri RF Federasiya Şurası və Dövlət Dumasının sədrlərinə başsağlığı verib
Cümə günü axşam Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib. Martın 24-ü ümummilli matəm olunub.
BAKI, 23 mart - Sputnik. Martın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dövlət Dumasının sədri Vyaçeslav Volodinə başsağlığı məktubları ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentin sədri Crocus City Hall konsert zalında baş vermiş dəhşətli terror aktı nəticəsində dinc sakinlərin həlak olmasından sarsıldığını və kədərləndiyini bildirib.
Məktublarda Milli Məclisin sədri bu dəhşətli terror aktını şiddətlə qınayıb, bu hadisə ilə bağlı öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından bütün Rusiya xalqına, Federasiya Şurasının və Dövlət Dumasının üzvlərinə, həlak olanların doğmalarına başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.
Martın 22-si cümə günü axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hall-da konsertdən əvvəl baş verən atışma və yanğın qurbanlarının xatirəsi üçün ümummilli matəm elan olunub.
Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, hadisə nəticəsində 115 nəfər ölüb.
Rusiya prezidenti Vladimir Putin martın 24-ü Crocus City Hall-da baş vermiş terror aktı nəticəsində həlak olanlar üçün Rusiyada milli matəm günü elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.