https://sputnik.az/20240323/eli-esedov-rusiyanin-bas-nazirine-bassagligi-verib-463456930.html
Əli Əsədov Rusiyanın Baş nazirinə başsağlığı verib
Əli Əsədov Rusiyanın Baş nazirinə başsağlığı verib
Sputnik Azərbaycan
Cümə günü axşam Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib. İstintaq Komitəsinin son... 23.03.2024, Sputnik Azərbaycan
2024-03-23T10:32+0400
2024-03-23T10:32+0400
2024-03-23T10:32+0400
"crocus city"də terror aktı
crocus city hall
əli əsədov
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972784_0:78:3364:1970_1920x0_80_0_0_f6f52d7de626d1de5c477cefa021a593.jpg
BAKI, 23 mart - Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinə ötən gecə “Krokus siti holl”da törədilən terror aktı ilə bağlı başsağlığı verib.Nazirlər Kabinetindən verilən məlumata görə, Ə.Əsədov baş verən hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olması xəbərindən kədərləndiyini bildirib.Ə.Əsədov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.İstintaq Komitəsinin son məlumatlarına görə, ən azı 60 nəfər ölüb, lakin idarə bu rəqəmin hələ də arta biləcəyini qeyd edib.Səhiyyə naziri Mixail Muraşko 115 nəfərin xəstəxanaya yerləşdirildiyini, onlardan beşinin uşaq, 60 böyük və bir uşağın vəziyyətinin ağır olduğunu bildirib. Terror aktı ilə bağlı cinayət işi açılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972784_317:0:3048:2048_1920x0_80_0_0_e4dfe20abc2ff450f119ff2adffbc79e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
crocus city hall , əli əsədov
crocus city hall , əli əsədov
Əli Əsədov Rusiyanın Baş nazirinə başsağlığı verib
Cümə günü axşam Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib. İstintaq Komitəsinin son məlumatlarına görə, ən azı 60 nəfər ölüb.
BAKI, 23 mart - Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinə ötən gecə “Krokus siti holl”da törədilən terror aktı ilə bağlı başsağlığı verib.
Nazirlər Kabinetindən verilən məlumata görə, Ə.Əsədov baş verən hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olması xəbərindən kədərləndiyini bildirib.
Ə.Əsədov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
İstintaq Komitəsinin son məlumatlarına görə, ən azı 60 nəfər ölüb, lakin idarə bu rəqəmin hələ də arta biləcəyini qeyd edib.
Səhiyyə naziri Mixail Muraşko 115 nəfərin xəstəxanaya yerləşdirildiyini, onlardan beşinin uşaq, 60 böyük və bir uşağın vəziyyətinin ağır olduğunu bildirib. Terror aktı ilə bağlı cinayət işi açılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.