Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarındandır

© Photo : State Road Transport ServiceAzərbaycan və Gürcüstan bayraqları, arxiv
Azərbaycan və Gürcüstan bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 23.03.2024
Abunə olmaq
Hesabat dövründə adıçəkilən ölkənin ən böyük ticarət tərəfdaşı Türkiyə olub.
BAKI, 23 mart - Sputnik. Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstanın Azərbaycan ilə ticarət dövriyyəsi 207, 2 milyon dollar təşkil edib. Azərbaycan bu göstərici ilə Gürcüstanın ən böyük xarici ticarət tərəfdaşları arasında dördüncü yerdədir.
Azərbaycan Dövlət İnformasiya Agentliyi Gürcüstan Milli Statistika Xidmətinin hesabatına istinadən xəbər yayıb.
Bildirilir ki, hesabat dövründə Gürcüstanın ən böyük ticarət tərəfdaşı Türkiyə olub. Cari ilin ilk iki ayında iki ölkə arasında ticarət dövriyyəsi 471,8 milyon dollar təşkil edib ki, bu da Gürcüstanın ümumi ticarət dövriyyəsinin 16 faizi deməkdir.
2024-cü ilin yanvar-fevral aylarında Gürcüstanın ən böyük 5 ticarət tərəfdaşı sırasında Rusiya 410,6 milyon dollarla ikinci, Çin 221,7 milyon dollarla üçün yerdə qərarlaşıb.
Gürcüstanın ilk on ticarət tərəfdaşına, həmçinin Almaniya, Qırğızıstan, Ermənistan, Qazaxıstan və İtaliya daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0