Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

AZAL Moskvadan yola düşən sərnişinlərə müraciət edib

© Photo : AZALAZAL-ın təyyarəsi, arxiv
AZAL-ın təyyarəsi, arxiv - Sputnik Azərbaycan, 1920, 23.03.2024
Abunə olmaq
Moskva vilayətinin Krasnoqorsk şəhərindəki Crocus City Hall-da atışma və yanğın baş verib. Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, ən azı 93 nəfər ölüb.
BAKI, 23 mart - Sputnik. Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saat qalmış hava limanına gəlmələrini xahiş edir.
AZAL-dan verilən məlumata görə, “Crocus City Hall”da baş vermiş faciəli hadisə ilə əlaqədar 23.03.24-25.03.24 tarixləri arasında yola düşəcək və daşınmadan imtina edən sərnişinlərə ilkin gediş tarixindən növbəti 3 gün ərzində marşrutun saxlanılması şərti ilə aviabiletlərin məcburi şəkildə yenidən rəsmləşdirilməsinə və ya tam dəyərinin məcburi şəkildə qaytarılmasına icazə verilir.
Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
Xatırladaq ki, Rusya FTX cümə günü axşam saatlarında bildirib ki, Moskva yaxınlığındakı Krasnoqorskdakı Crocus City Hall-da konsertdən əvvəl atışma və yanğın baş verib.
Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, ən azı 93 nəfər ölüb, lakin idarə bu rəqəmin hələ də arta biləcəyini qeyd edilib.
Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Rusiya prezidenti Vladimir Putinə “Krokus Siti Holl”da terror aktında bilavasitə əli olan dörd terrorçu da daxil olmaqla 11 nəfərin saxlanılması barədə məlumat verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0