https://sputnik.az/20240323/ag-ev-moskvaya-terror-akti-ile-bagli-bassagligi-verib--463451915.html
Ağ Ev Moskvaya terror aktı ilə bağlı başsağlığı verib
Ağ Ev Moskvaya terror aktı ilə bağlı başsağlığı verib
Sputnik Azərbaycan
ABŞ prezidenti Co Bayden "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı məlumatlandırılır. 23.03.2024, Sputnik Azərbaycan
2024-03-23T00:45+0400
2024-03-23T00:45+0400
2024-03-23T10:02+0400
ağ ev
abş
terror
terror aktı
crocus city
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
"crocus city"də terror aktı
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453260698_0:0:3072:1728_1920x0_80_0_0_def2327c6f5e01ccd86c8ab191fed027.jpg
BAKI, 23 mart - Sputnik. Ağ ev Rusiyada baş vermiş silahlı hücumla əlaqədar rəsmi Moskvaya başsağlığı verib.Bu barədə “Reuters” məlumat yayıb. "ABŞ prezidenti Co Bayden Moskva vilayətində "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı məlumatlandırılır, ABŞ hakimiyyəti baş verənləri izləyir" - ABŞ Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib. "Prezidentə baş verənlərlə ("Crocus City Hall"da - red.) bağlı məlumat verilir - Kirbi Fox News-da deyib.Xatırladaq ki, martın 14-də ABŞ-ın Rusiyadakı səfirliyi Moskvada “yaxın iki gündə” terror təhlükəsi ilə bağlı xəbərdarlıq yaymışdı.Bu gün isə Ağ Ev Rusiyada baş vermiş terror aktında Ukrayna və ya ukraynalıların əli olmasında heç bir əlamət görmədiyini açıqlayıb.Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Vaşinqtonun Krasnoqorskda baş vermiş terror aktı ilə bağlı açıqlamasından narazı qalaraq qarşı tərəfi məlumat verməməkdə günahlandırıb.“Vaşinqtondakı rəsmilər hansı əsasla faciənin ortasında kiminsə təqsirsizliyi ilə bağlı nəticə çıxarırlar? Əgər ABŞ-ın bununla bağlı mötəbər məlumatı varsa və ya olubsa, o zaman o, dərhal Rusiya tərəfinə ötürməlidir” – diplomat Teleqram kanalındakı hesabında yazıb.Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti cümə günü axşam saatlarında atışma və yanğının Moskvanın şimal-qərb sərhədində, Krasnoqorsk vilayətində, Crocus City Hall binasında musiqi qrupunun konsertindən əvvəl baş verdiyini bildirib.FTX-nın yaydığı ilkin məlumata görə, terror aktı nəticəsində 40-dan çox dinc insan ölüb, 100-dən çox adam yaralanıb.Xüsusi hüquq-mühafizə orqanları bütün lazımi tədbirləri görür. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıldığını bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453260698_176:0:2907:2048_1920x0_80_0_0_25fbbb892c626ac61925cd9c16e22d9f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağ ev, abş, terror, terror aktı, crocus city, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
ağ ev, abş, terror, terror aktı, crocus city, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
Ağ Ev Moskvaya terror aktı ilə bağlı başsağlığı verib
00:45 23.03.2024 (Yenilənib: 10:02 23.03.2024) ABŞ prezidenti Co Bayden "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı məlumatlandırılır.
BAKI, 23 mart - Sputnik. Ağ ev Rusiyada baş vermiş silahlı hücumla əlaqədar rəsmi Moskvaya başsağlığı verib.
Bu barədə “Reuters” məlumat yayıb.
"ABŞ prezidenti Co Bayden Moskva vilayətində "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı məlumatlandırılır, ABŞ hakimiyyəti baş verənləri izləyir" - ABŞ Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib.
"Prezidentə baş verənlərlə ("Crocus City Hall"da - red.) bağlı məlumat verilir - Kirbi Fox News-da deyib.
Xatırladaq ki, martın 14-də ABŞ-ın Rusiyadakı səfirliyi Moskvada “yaxın iki gündə” terror təhlükəsi ilə bağlı xəbərdarlıq yaymışdı.
Bu gün isə Ağ Ev Rusiyada baş vermiş terror aktında Ukrayna və ya ukraynalıların əli olmasında heç bir əlamət görmədiyini açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Vaşinqtonun Krasnoqorskda baş vermiş terror aktı ilə bağlı açıqlamasından narazı qalaraq qarşı tərəfi məlumat verməməkdə günahlandırıb.
“Vaşinqtondakı rəsmilər hansı əsasla faciənin ortasında kiminsə təqsirsizliyi ilə bağlı nəticə çıxarırlar? Əgər ABŞ-ın bununla bağlı mötəbər məlumatı varsa və ya olubsa, o zaman o, dərhal Rusiya tərəfinə ötürməlidir” – diplomat Teleqram kanalındakı hesabında yazıb.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti cümə günü axşam saatlarında atışma və yanğının Moskvanın şimal-qərb sərhədində, Krasnoqorsk vilayətində, Crocus City Hall binasında musiqi qrupunun konsertindən əvvəl baş verdiyini bildirib.
FTX-nın yaydığı ilkin məlumata görə, terror aktı nəticəsində 40-dan çox dinc insan ölüb, 100-dən çox adam yaralanıb.
Xüsusi hüquq-mühafizə orqanları bütün lazımi tədbirləri görür. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıldığını bildirib.