https://sputnik.az/20240322/tarixde-bu-gun-22-mart--foto-463379857.html
Tarixdə bu gün: 22 mart – FOTO
Tarixdə bu gün: 22 mart – FOTO
Sputnik Azərbaycan
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun. 22.03.2024, Sputnik Azərbaycan
2024-03-22T08:45+0400
2024-03-22T08:45+0400
2024-03-22T10:09+0400
mart
tarixdə bu gün
cəmiyyət
paris
paris
abş
abş
bmt baş assambleyası
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1d/462950269_42:0:1158:628_1920x0_80_0_0_00771ced90dde31f29d7f11dfcbdb762.jpg
BAKI, 22 mart — Sputnik. Martın 22-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib. Martın 22-də kimlər dünyaya gəlib? Abbas Mirzə Şərifzadə (1893-1938) - Azərbaycan aktyoru, teatr və kino rejissoru, kino redaktoru, Azərbaycan SSR əməkdar artisti və Azərbaycan SSR xalq artistidir (1936). Mehdi Hüseyn (1909-1965) - Azərbaycan SSR xalq yazıçısıdır. O, "Abşeron", "Qara daşlar" və "Yeraltı çaylar dənizə axır" romanlarının müəllifidir. Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub. Lütfəli Abdullayev (1914-1973) - Azərbaycan SSR xalq artisti, teatr və kino aktyorudur. O, "Əhməd haradadır?", "O olmasın, bu olsun", "Ulduz" və s. filmlərdə rol alıb. İsmayıl Şıxlı (1919-1995) - Azərbaycanın xalq yazıçısı, filologiya elmləri doktoru və Azərbaycan SSR Ali Sovetinin deputatıdır (1986, 1990). O, eyniadlı filmin çəkildiyi "Dəli Kür" romanının müəllifidir. Rübabə Muradova (1933-1983) - Azərbaycan SSR xalq artisti və opera müğənnisidir (mezzo-soprano). Onun ən məşhur rolu Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasındakı Leyli rolu olub. Valeri Syutkin (1958) - Rusiyanın əməkdar artisti, müğənni, bəstəkar və "Bravo" rok-n-roll qrupu üçün mahnı sözlərinin müəllifidir. Riz Uizerspun (1976) - ABŞ aktrisası və "Oskar" mükafatı laureatıdır. O, "Leqal sarışın", "İstəklər siyahısı", "Vəhşi" və s. filmlərdə rol alıb. Martın 22-də dünyada baş verən tarixi hadisələr 1874-cü ildə Staten-Aylenddə kriket və beysbol klubunun (Nyu-York, ABŞ) meydançasında ilk tennis matçı keçirilib. 1895-ci ildə Parisdə filmin ilk ictimai nümayişi baş tutub. Bu, Lümyer qardaşlarının "İşçilərin fabrikdən çıxması" filmi olub. 1904-cü ildə "London Daily Illustrated Mirror" qəzeti dünyada ilk dəfə rəngli fotoşəkil dərc edib. Dünyanın bir çox ölkəsi Ümumdünya Su Günü və ya Ümumdünya Su Resursları Gününü qeyd edir və 22 dekabr 1992-ci ildə BMT Baş Assambleyasının qərarı ilə yaradılıb.
paris
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1d/462950269_182:0:1019:628_1920x0_80_0_0_5718a537d3ffccf01c24f40afc8ea56c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
mart, tarixdə bu gün , paris, paris, abş, abş, bmt baş assambleyası
mart, tarixdə bu gün , paris, paris, abş, abş, bmt baş assambleyası
Tarixdə bu gün: 22 mart – FOTO
08:45 22.03.2024 (Yenilənib: 10:09 22.03.2024) Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 22 mart — Sputnik. Martın 22-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 22-də kimlər dünyaya gəlib?
Abbas Mirzə Şərifzadə (1893-1938) - Azərbaycan aktyoru, teatr və kino rejissoru, kino redaktoru, Azərbaycan SSR əməkdar artisti və Azərbaycan SSR xalq artistidir (1936).
Mehdi Hüseyn (1909-1965) - Azərbaycan SSR xalq yazıçısıdır. O, "Abşeron", "Qara daşlar" və "Yeraltı çaylar dənizə axır" romanlarının müəllifidir. Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub.
Lütfəli Abdullayev (1914-1973) - Azərbaycan SSR xalq artisti, teatr və kino aktyorudur. O, "Əhməd haradadır?", "O olmasın, bu olsun", "Ulduz" və s. filmlərdə rol alıb.
İsmayıl Şıxlı (1919-1995) - Azərbaycanın xalq yazıçısı, filologiya elmləri doktoru və Azərbaycan SSR Ali Sovetinin deputatıdır (1986, 1990). O, eyniadlı filmin çəkildiyi "Dəli Kür" romanının müəllifidir.
Rübabə Muradova (1933-1983) - Azərbaycan SSR xalq artisti və opera müğənnisidir (mezzo-soprano). Onun ən məşhur rolu Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasındakı Leyli rolu olub.
Valeri Syutkin (1958) - Rusiyanın əməkdar artisti, müğənni, bəstəkar və "Bravo" rok-n-roll qrupu üçün mahnı sözlərinin müəllifidir.
Riz Uizerspun (1976) - ABŞ aktrisası və "Oskar" mükafatı laureatıdır. O, "Leqal sarışın", "İstəklər siyahısı", "Vəhşi" və s. filmlərdə rol alıb.
Martın 22-də dünyada baş verən tarixi hadisələr
1874-cü ildə Staten-Aylenddə kriket və beysbol klubunun (Nyu-York, ABŞ) meydançasında ilk tennis matçı keçirilib.
1895-ci ildə Parisdə filmin ilk ictimai nümayişi baş tutub. Bu, Lümyer qardaşlarının "İşçilərin fabrikdən çıxması" filmi olub.
1904-cü ildə "London Daily Illustrated Mirror" qəzeti dünyada ilk dəfə rəngli fotoşəkil dərc edib.
Dünyanın bir çox ölkəsi Ümumdünya Su Günü və ya Ümumdünya Su Resursları Gününü qeyd edir və 22 dekabr 1992-ci ildə BMT Baş Assambleyasının qərarı ilə yaradılıb.