CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qohumunun müavinət kartındakı pulu onlayn yolla ələ keçirən şəxs saxlanılıb

© AP Photo / David GoldmanNoutbuk arxasında iş
Noutbuk arxasında iş - Sputnik Azərbaycan, 1920, 22.03.2024
Abunə olmaq
Yardımlı Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, Cəlilabad rayon sakini Ə.Təhməzli müəyyən edilərək saxlanılıb.
BAKI, 22 mart - Sputnik. Qohumunun müavinət kartındakı pulu onlayn yolla ələ keçirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı rayon sakini olan bir nəfərin bank kartından 350 manat oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Yardımlı Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, Cəlilabad rayon sakini Ə.Təhməzli müəyyən edilərək saxlanılıb.
Onun həmin bank kartına aid məlumatları əldə etdikdən sonra mobil tətbiq vasitəsilə hesabdakı pulu oğurladığı müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
Xəbər lenti
0