https://sputnik.az/20240322/nato-qosunlari-kesfiyyat-emeliyyatlari-ucun-artiq-ukraynadadir-463365034.html
NATO qoşunları kəşfiyyat əməliyyatları üçün artıq Ukraynadadır
NATO qoşunları kəşfiyyat əməliyyatları üçün artıq Ukraynadadır
Sputnik Azərbaycan
Qeyri-rəsmi məlumat verənlər arasında Ukrayna Silahlı Qüvvələrinin tərəfində, guya könüllü olaraq döyüşlərdə iştirak edən təqaüdə çıxmış əcnəbi hərbçilər var. 22.03.2024, Sputnik Azərbaycan
2024-03-22T13:56+0400
2024-03-22T13:56+0400
2024-03-22T13:56+0400
nato
dünya xəbərləri
qəzet
qoşunlar
ukrayna
silahlı qüvvələr
avropa
avropa
əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1e/450199573_0:159:3078:1890_1920x0_80_0_0_71f7dc123928efebfed2e79001052f09.jpg
BAKI, 22 mart — Sputnik. NATO qoşunları artıq Ukraynadadır. Onlar Kiyevə verilən silahlara nəzarət edir, kəşfiyyat və təlim əməliyyatları aparırlar. Bu barədə "El Pais" qəzeti yazıb. Jurnalistlər iddia edirlər ki, alyansın hərbçiləri guya birbaşa döyüş əməliyyatlarında iştirak etmirlər. Son iki ildə qəzet çoxsaylı Ukrayna və Avropa hərbi mənbələrindən müsahibə alıb. Onlar bildiriblər ki, NATO ölkələrinin təmas xəttindəki vəziyyət barədə məlumat vermək və tədarük edilən silahların effektivliyini müəyyən etmək üçün yerlərdə məlumat verən şəxsləri var. Materialda o da deyilir ki, qeyri-rəsmi məlumat verənlər arasında Ukrayna Silahlı Qüvvələrinin tərəfində, guya könüllü olaraq döyüşlərdə iştirak edən təqaüdə çıxmış əcnəbi hərbçilər var. Xatırladaq ki, bir qədər əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyansın Ukraynaya öz ordusunu göndərmək niyyətində olmadığını iddia etmiş və Fransa Prezidenti Emmanuel Makrona blokla mühüm məsələlərdə məsləhətləşməyi tövsiyə etmişdi.
avropa
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1e/450199573_174:0:2905:2048_1920x0_80_0_0_0dc48041914d2e801304b5bdcebb3a94.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nato, qəzet, qoşunlar, ukrayna, silahlı qüvvələr, avropa, avropa, əməliyyat
nato, qəzet, qoşunlar, ukrayna, silahlı qüvvələr, avropa, avropa, əməliyyat
NATO qoşunları kəşfiyyat əməliyyatları üçün artıq Ukraynadadır
Qeyri-rəsmi məlumat verənlər arasında Ukrayna Silahlı Qüvvələrinin tərəfində, guya könüllü olaraq döyüşlərdə iştirak edən təqaüdə çıxmış əcnəbi hərbçilər var.
BAKI, 22 mart — Sputnik. NATO qoşunları artıq Ukraynadadır. Onlar Kiyevə verilən silahlara nəzarət edir, kəşfiyyat və təlim əməliyyatları aparırlar.
Bu barədə "El Pais" qəzeti yazıb.
Jurnalistlər iddia edirlər ki, alyansın hərbçiləri guya birbaşa döyüş əməliyyatlarında iştirak etmirlər.
Son iki ildə qəzet çoxsaylı Ukrayna və Avropa hərbi mənbələrindən müsahibə alıb. Onlar bildiriblər ki, NATO ölkələrinin təmas xəttindəki vəziyyət barədə məlumat vermək və tədarük edilən silahların effektivliyini müəyyən etmək üçün yerlərdə məlumat verən şəxsləri var.
Materialda o da deyilir ki, qeyri-rəsmi məlumat verənlər arasında Ukrayna Silahlı Qüvvələrinin tərəfində, guya könüllü olaraq döyüşlərdə iştirak edən təqaüdə çıxmış əcnəbi hərbçilər var.
Xatırladaq ki, bir qədər əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyansın Ukraynaya öz ordusunu göndərmək niyyətində olmadığını iddia etmiş və Fransa Prezidenti Emmanuel Makrona blokla mühüm məsələlərdə məsləhətləşməyi tövsiyə etmişdi.