https://sputnik.az/20240322/dunya-ehalisinin-ucde-biri-zeherli-su-icir-463440603.html
Dünya əhalisinin üçdə biri zəhərli su içir
Dünya əhalisinin üçdə biri zəhərli su içir
Sputnik Azərbaycan
Tədqiqatçılar hökumətlərə suda arsenin miqdarı ilə bağlı daha sərt standartlar tətbiq etməyi tövsiyə edirlər. 22.03.2024, Sputnik Azərbaycan
2024-03-22T13:00+0400
2024-03-22T13:00+0400
2024-03-22T15:48+0400
dünya xəbərləri
su
su
zəhər
araşdırma
jurnal
elmi tədqiqat
tədqiqat
tövsiyə
çin
https://cdnn1.img.sputnik.az/img/07e6/03/13/440311618_0:256:2730:1792_1920x0_80_0_0_e7418cdc36167d7c7130e5d49b35b828.jpg
BAKI, 22 mart - Sputnik. Şeffild Universitetinin britaniyalı alimləri müəyyən ediblər ki, dünyada milyonlarla insan yüksək miqdarda arsen olan su içir.“Report”un məlumatına görə, bu barədə araşdırma dərc olunub.Təhlillərə görə, dünyanın bir çox ölkəsi hələ də Ümumdünya Səhiyyə Təşkilatının bir litr suda maksimum 50 mikroqram arsen konsentrasiyasının olması ilə bağlı köhnəlmiş təlimatlarından istifadə edir.Bu ölkələrə Çin, Banqladeş, Pakistan, Kamboca, Tayland, Myanma və Nepal daxildir və onların ümumi əhalisi dünya əhalisinin təxminən 32%-ni təşkil edir.Arsenin içməli, yemək bişirmək və ya əkinləri suvarmaq üçün istifadə olunan suda uzun müddət qalması bədənin hər bir orqanına təsir edən bir sıra sağlamlıq problemləri yaradır. Arsen xərçəng, diabet, ağciyər və ürək-damar xəstəliklərinə səbəb ola bilər.Tədqiqatçılar hökumətlərə suda arsenin miqdarı ilə bağlı daha sərt standartlar tətbiq etməyi tövsiyə edirlər.Qeyd olunub ki, insanlar düyünü buxarda deyil, suda bişirməlidirlər. Çünki düyünü buxarda bişirmək taxıllarda toksinlərin yığılmasına səbəb olur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/13/440311618_0:0:2730:2048_1920x0_80_0_0_0477c433e854f4272cab1e622a92b43e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
su, su, zəhər, araşdırma, jurnal, elmi tədqiqat, tədqiqat, tövsiyə, çin, tayland
su, su, zəhər, araşdırma, jurnal, elmi tədqiqat, tədqiqat, tövsiyə, çin, tayland
Dünya əhalisinin üçdə biri zəhərli su içir
13:00 22.03.2024 (Yenilənib: 15:48 22.03.2024) Tədqiqatçılar hökumətlərə suda arsenin miqdarı ilə bağlı daha sərt standartlar tətbiq etməyi tövsiyə edirlər.
BAKI, 22 mart - Sputnik. Şeffild Universitetinin britaniyalı alimləri müəyyən ediblər ki, dünyada milyonlarla insan yüksək miqdarda arsen olan su içir.
“Report”un məlumatına görə, bu barədə araşdırma dərc olunub.
Təhlillərə görə, dünyanın bir çox ölkəsi hələ də Ümumdünya Səhiyyə Təşkilatının bir litr suda maksimum 50 mikroqram arsen konsentrasiyasının olması ilə bağlı köhnəlmiş təlimatlarından istifadə edir.
Bu ölkələrə Çin, Banqladeş, Pakistan, Kamboca, Tayland, Myanma və Nepal daxildir və onların ümumi əhalisi dünya əhalisinin təxminən 32%-ni təşkil edir.
Arsenin içməli, yemək bişirmək və ya əkinləri suvarmaq üçün istifadə olunan suda uzun müddət qalması bədənin hər bir orqanına təsir edən bir sıra sağlamlıq problemləri yaradır. Arsen xərçəng, diabet, ağciyər və ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Tədqiqatçılar hökumətlərə suda arsenin miqdarı ilə bağlı daha sərt standartlar tətbiq etməyi tövsiyə edirlər.
Qeyd olunub ki, insanlar düyünü buxarda deyil, suda bişirməlidirlər. Çünki düyünü buxarda bişirmək taxıllarda toksinlərin yığılmasına səbəb olur.