Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

Azərbaycan XİN "Crocus City"də baş verən terror aktını pislədi

© Sputnik / Murad OrujovAzərbaycan XİN
Azərbaycan XİN - Sputnik Azərbaycan, 1920, 22.03.2024
Abunə olmaq
"Azərbaycan terrorun qurbanı olan ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini pisləyir" - XİN bildirib.
BAKI, 22 mart - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib.
Bu barədə XİN sosial şəbəkədə paylaşım edib.
“Moskvada “Krokus siti holl” konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiya Federasiyası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorun qurbanı olan ölkə kimi terrorçuluğun bütün forma və təzahürlərini pisləyir” – xarici siyasət idarəsi qeyd edib.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti cümə günü axşam saatlarında atışma və yanğının Moskvanın şimal-qərb sərhədində, Krasnoqorsk vilayətində, Crocus City Hall binasında musiqi qrupunun konsertindən əvvəl baş verdiyini bildirib.
FTX-nın yaydığı ilkin məlumata görə, terror aktı nəticəsində 40-dan çox dinc insan ölüb, 100-dən çox adam yaralanıb.
Xüsusi hüquq-mühafizə orqanları bütün lazımi tədbirləri görür. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıldığını bildirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Hakan Fidan "Crocus City Hall"dakı terror aktı ilə bağlı Sergey Lavrova zəng edib
Xəbər lenti
0