Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

ABŞ-ın terrorla bağlı mötəbər məlumatı varsa, onu dərhal Rusiyaya ötürməlidir - Zaxarova

© Sputnik / Станислав Красильников / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 22.03.2024
Abunə olmaq
Ağ Ev Rusiyada baş vermiş terror aktında Ukrayna və ya ukraynalıların əli olmasında heç bir əlamət görmədiyini açıqlayıb.
BAKI, 22 mart - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Vaşinqtonun Krasnoqorskda baş vermiş terror aktı ilə bağlı açıqlamasından narazı qalaraq qarşı tərəfi məlumat verməməkdə günahlandırıb.
Bu barədə diplomat Teleqram kanalındakı hesabında yazıb.
“Vaşinqtondakı rəsmilər hansı əsasla faciənin ortasında kiminsə təqsirsizliyi ilə bağlı nəticə çıxarırlar? Əgər ABŞ-ın bununla bağlı mötəbər məlumatı varsa və ya olubsa, o zaman o, dərhal Rusiya tərəfinə ötürməlidir” – o qeyd edib.
Qeyd edək ki, Ağ Ev Rusiyada baş vermiş terror aktında Ukrayna və ya ukraynalıların əli olmasında heç bir əlamət görmədiyini açıqlayıb.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti cümə günü axşam saatlarında atışma və yanğının Moskvanın şimal-qərb sərhədində, Krasnoqorsk vilayətində, Crocus City Hall binasında musiqi qrupunun konsertindən əvvəl baş verdiyini bildirib.
FTX-nın yaydığı ilkin məlumata görə, terror aktı nəticəsində 40-dan çox dinc insan ölüb, 100-dən çox adam yaralanıb.
Xüsusi hüquq-mühafizə orqanları bütün lazımi tədbirləri görür. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıldığını bildirib.
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 22.03.2024
"Crocus City"də terror aktı
Rusiya XİN "Crocus City Hall"da baş verənləri terror aktı adlandırıb
Xəbər lenti
0