Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Stiven Siqalın oğlu rus modellə ailə həyatı qurub

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidAmerikalı aktyor və prodüser Stiven Siqal
Amerikalı aktyor və prodüser Stiven Siqal - Sputnik Azərbaycan, 1920, 21.03.2024
Abunə olmaq
Stiven Siqal 2016-cı ildə Rusiya vətəndaşlığını alıb, ötən ilin fevralında isə "Dostluq" ordeni ilə təltif edilib.
BAKI, 21 mart — Sputnik. Aktyor Stiven Siqalın oğlu Dominik martın 17-də rusiyalı model İren Danilova ilə ailə həyatı qurub. Cütlük, təxminən bir il əvvəl görüşməyə başlayıb.
"aif.ru" saytı bu barədə xəbər verib.
34 yaşlı Dominik və onun 29 yaşlı nişanlısı ailə üzvlərinin iştirakı ilə bayram edib. Bəyin atası Stiven Siqal gəlininə gözəl gül dəstəsi hədiyyə edib.
Cütlük bir neçə il əvvəl Moskvada sosial tədbirlərin birində tanış olub. BƏƏ-də yaşayan İren Danilova qısa müddətə iş məsələləri ilə əlaqədar paytaxta gəlib. Tanışlıq da elə bu gəliş zamanı baş verib. Yeni evlənənlər Rusiyada yaşamağı planlaşdırırlar.
Qeyd edək ki, Stiven Siqal 2016-cı ildə Rusiya vətəndaşlığını alıb, ötən ilin fevralında isə "Dostluq" ordeni ilə təltif edilib.
Məşhur aktyor bir müddət əvvəl Zelenskinin "nasistlər üçün işlədiyini" demişdi.
Xəbər lenti
0