https://sputnik.az/20240321/neft-nehengi-yasil-enerjiye-kecidle-bagli-fantaziyalardan-el-cekmeye-cagirib-427565728.html
Neft nəhəngi yaşıl enerjiyə keçidlə bağlı fantaziyalardan əl çəkməyə çağırıb
Neft nəhəngi yaşıl enerjiyə keçidlə bağlı fantaziyalardan əl çəkməyə çağırıb
Sputnik Azərbaycan
“Saudi Aramco” şirkətinin baş direktoru Nasser: Neftdən imtina ilə bağlı fantaziyalardan imtina edilməlidir 21.03.2024, Sputnik Azərbaycan
2024-03-21T22:52+0400
2024-03-21T22:52+0400
2024-03-21T22:52+0400
neft-qaz
neft
nəhəng
şirkət
"yaşıl iqtisadiyyat"
energetika
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460840643_0:313:2047:1464_1920x0_80_0_0_1a79d1ba2ff5b60ffe100849da9e3b6c.jpg
BAKI, 21 mart — Sputnik. Mövcud yaşıl enerjiyə keçid strategiyası sərt reallıqla üzləşdikdə uğursuzluğa düçar olur. Bunu CNBC telekanalına istinadən Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin baş direktoru Əmin Nasser deyib.Neft nəhənginin rəhbəri qeyd edib ki, qalıq yanacağa tələbat yalnız yaxın illərdə artacaq. Nasser Texas ştatının Hyuston şəhərində keçirilən CERAWeek enerji konfransında “Mənim təklifim ondan ibarətdir ki, biz neft və qazı mərhələli şəkildə ləğv etmək fantaziyasından əl çəkib, əvəzində onlara sərmayə qoymalıyıq”.“Saudi Aramco”nun baş direktoru vurğulayıb ki, son 20 ildə enerji keçidinə 9,5 trilyon dollardan çox sərmayə qoyulmasına baxmayaraq, alternativ enerji mənbələri karbohidrogenləri əvəz edə bilməyib. "Külək və günəş enerjisi indi ümumi enerjinin yalnız dörd faizini təşkil edir və elektrik nəqliyyat vasitələrinin payı üç faizi keçmir. Bununla yanaşı, 21-ci əsrin əvvəlindən qlobal neft tələbatı sutkada 100 milyon barel artıb", - Nasser əlavə edib.O, həmçinin xatırladıb ki, tələb dinamikasına dünya əhalisinin 85 faizini təşkil edən, lakin bərpa olunan enerjinin inkişafına ayrılan bütün investisiyaların yalnız beş faizini alan inkişaf etməkdə olan ölkələr təsir edəcək. Şirkət rəhbərinin sözlərinə görə, əsas diqqəti neft və qazdan istifadənin səmərəliliyinin artırılmasına, eləcə də onlardan emissiyaların azaldılmasına yönəltmək lazımdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460840643_95:0:2047:1464_1920x0_80_0_0_b62ecf26554e5209ff7fc5dbe8a0432c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, nəhəng, şirkət, "yaşıl iqtisadiyyat", energetika
neft, nəhəng, şirkət, "yaşıl iqtisadiyyat", energetika
Neft nəhəngi yaşıl enerjiyə keçidlə bağlı fantaziyalardan əl çəkməyə çağırıb
“Saudi Aramco” şirkətinin baş direktoru Nasser: Neftdən imtina ilə bağlı fantaziyalardan imtina edilməlidir
BAKI, 21 mart — Sputnik. Mövcud yaşıl enerjiyə keçid strategiyası sərt reallıqla üzləşdikdə uğursuzluğa düçar olur. Bunu CNBC telekanalına istinadən Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin baş direktoru Əmin Nasser deyib.
Neft nəhənginin rəhbəri qeyd edib ki, qalıq yanacağa tələbat yalnız yaxın illərdə artacaq. Nasser Texas ştatının Hyuston şəhərində keçirilən CERAWeek enerji konfransında “Mənim təklifim ondan ibarətdir ki, biz neft və qazı mərhələli şəkildə ləğv etmək fantaziyasından əl çəkib, əvəzində onlara sərmayə qoymalıyıq”.
“Saudi Aramco”nun baş direktoru vurğulayıb ki, son 20 ildə enerji keçidinə 9,5 trilyon dollardan çox sərmayə qoyulmasına baxmayaraq, alternativ enerji mənbələri karbohidrogenləri əvəz edə bilməyib.
"Külək və günəş enerjisi indi ümumi enerjinin yalnız dörd faizini təşkil edir və elektrik nəqliyyat vasitələrinin payı üç faizi keçmir. Bununla yanaşı, 21-ci əsrin əvvəlindən qlobal neft tələbatı sutkada 100 milyon barel artıb", - Nasser əlavə edib.
O, həmçinin xatırladıb ki, tələb dinamikasına dünya əhalisinin 85 faizini təşkil edən, lakin bərpa olunan enerjinin inkişafına ayrılan bütün investisiyaların yalnız beş faizini alan inkişaf etməkdə olan ölkələr təsir edəcək. Şirkət rəhbərinin sözlərinə görə, əsas diqqəti neft və qazdan istifadənin səmərəliliyinin artırılmasına, eləcə də onlardan emissiyaların azaldılmasına yönəltmək lazımdır.