https://sputnik.az/20240321/kockunler-ucun-imtiyazlarin-ve-corek-pulunun-ne-vaxtadek-davam-edeceyi-deyilib-463437451.html
Köçkünlər üçün imtiyazların və “çörək pulu”nun nə vaxtadək davam edəcəyi deyilib
Köçkünlər üçün imtiyazların və “çörək pulu”nun nə vaxtadək davam edəcəyi deyilib
Sputnik Azərbaycan
Komitə onlara “çörək pulu”nun verilməsi nə vaxtadək davam edəcəyi məsələsinə münasibət bildirib. 21.03.2024, Sputnik Azərbaycan
2024-03-21T17:15+0400
2024-03-21T17:15+0400
2024-03-21T19:15+0400
qaçqınlar və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
qarabağın dirçəlişi və reinteqrasiyası
məcburi köçkünlər
məcburi köçkün
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_0:0:2000:1125_1920x0_80_0_0_2a6f7fb5999bdfde24201657e908ad5d.jpg
BAKI, 21 mart - Sputnik. İşğaldan öncə yaşadıqları yerlərə qayıdan məcburi köçkünlərin onlar üçün dövlət tərəfindən verilən güzəşt və imtiyazları itirib-itirmədiyi açıqlanıb.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir.Eyni zamanda Komitə onlara “çörək pulu”nun verilməsi nə vaxtadək davam edəcəyi məsələsinə də münasibət bildirib:“Sosial müdafiə tədbirlərindən biri kimi vahid aylıq müavinətin də verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən tənzimlənir. Buna görə, əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi şamil edilmir”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_227:0:2000:1330_1920x0_80_0_0_2914c4d8651946304ff1f3780ea8c8a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaçqınlar və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, məcburi köçkünlər, məcburi köçkün
qaçqınlar və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, məcburi köçkünlər, məcburi köçkün
Köçkünlər üçün imtiyazların və “çörək pulu”nun nə vaxtadək davam edəcəyi deyilib
17:15 21.03.2024 (Yenilənib: 19:15 21.03.2024) Komitə onlara “çörək pulu”nun verilməsi nə vaxtadək davam edəcəyi məsələsinə münasibət bildirib.
BAKI, 21 mart - Sputnik. İşğaldan öncə yaşadıqları yerlərə qayıdan məcburi köçkünlərin onlar üçün dövlət tərəfindən verilən güzəşt və imtiyazları itirib-itirmədiyi açıqlanıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir.
Eyni zamanda Komitə onlara “çörək pulu”nun verilməsi nə vaxtadək davam edəcəyi məsələsinə də münasibət bildirib:
“Sosial müdafiə tədbirlərindən biri kimi vahid aylıq müavinətin də verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən tənzimlənir. Buna görə, əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi şamil edilmir”.