https://sputnik.az/20240321/haciyev-azerbaycan-qazaxistan-ve-cin-arasinda-ucterefli-sazisin-imzalanmasi-mumkundur-463437771.html
Hacıyev: Azərbaycan, Qazaxıstan və Çin arasında üçtərəfli sazişin imzalanması mümkündür
Hacıyev: Azərbaycan, Qazaxıstan və Çin arasında üçtərəfli sazişin imzalanması mümkündür
Sputnik Azərbaycan
H.Hacıyev vurğulayıb ki, Çin həmişə başqa mədəniyyətlərə və sivilizasiyalara açıq olub və onlara hörmətlə yanaşır. 21.03.2024, Sputnik Azərbaycan
2024-03-21T18:02+0400
2024-03-21T18:02+0400
2024-03-21T22:22+0400
azərbaycan xəbərləri
hikmət hacıyev
azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev
prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri hikmət hacıyev
qazaxıstan
azərbaycan
çin
orta dəhliz
beynəlxalq transxəzər nəqliyyat marşrutu
"beynəlxalq transxəzr nəqliyyat marşurutu" beynəlxalq assosasiyası hüquqi şəxlər birliyi
https://cdnn1.img.sputnik.az/img/42296/39/422963995_0:320:3072:2048_1920x0_80_0_0_1377339c4f5263f86daa0e1ddfd39a1e.jpg
BAKI, 21 mart - Sputnik. Azərbaycan və Çin arasında ticari-iqtisadi əlaqələr çox fəal inkişaf edir və Orta Dəhlizin tam istismarı bu əlaqələrə daha da təkan verəcək.“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.O bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) layihəsinin öz çətinlikləri var, onları aradan qaldırmaq lazımdır: “Orta Dəhliz bir neçə ölkənin ərazisindən keçir, bunlar bizim Mərkəzi Asiya tərəfdaşlarımız, Gürcüstan, Türkiyədir. Biz qazax, gürcü və türk həmkarlarımızla çox işləyirik. TBNM üçün “bir pəncərə” elementi xüsusilə mallarını Avropaya çatdırmaq istəyən Çin şirkətləri üçün çox vacibdir. Yeri gəlmişkən, artıq işləyən və Çin tərəfini də buna cəlb etmək istədiyimiz “bir pəncərə”nin tətbiqi bütün marşrut boyunca prosedurları standartlaşdırmağa və sadələşdirməyə imkan verəcəkdir. Onun tətbiqi gözlənildiyindən daha tez baş verir, çünki biznesin öz qaydaları var”.Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan bu yaxınlarda Çin və Qazaxıstan arasında Orta Dəhliz haqqında imzalanmış sazişi diqqətə çatdırıb: “Biz Azərbaycan və Çin arasında belə bir sazişin mümkünlüyü barədə də düşünürük. Ola bilsin ki gələcəkdə oxşar üçtərəfli saziş imzalansın. Biz Çin+Mərkəzi Asiya, Çin+Mərkəzi Asiya+Azərbaycan konsepsiyasının inkişafını gözləyirik”.H.Hacıyev vurğulayıb ki, Çin həmişə başqa mədəniyyətlərə və sivilizasiyalara açıq olub və onlara hörmətlə yanaşır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42296/39/422963995_271:0:3002:2048_1920x0_80_0_0_f9f0de39cf79bb4c06f93f24f33e2d71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hikmət hacıyev, azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri hikmət hacıyev, qazaxıstan, azərbaycan, çin, orta dəhliz, beynəlxalq transxəzər nəqliyyat marşrutu, "beynəlxalq transxəzr nəqliyyat marşurutu" beynəlxalq assosasiyası hüquqi şəxlər birliyi
hikmət hacıyev, azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri hikmət hacıyev, qazaxıstan, azərbaycan, çin, orta dəhliz, beynəlxalq transxəzər nəqliyyat marşrutu, "beynəlxalq transxəzr nəqliyyat marşurutu" beynəlxalq assosasiyası hüquqi şəxlər birliyi
Hacıyev: Azərbaycan, Qazaxıstan və Çin arasında üçtərəfli sazişin imzalanması mümkündür
18:02 21.03.2024 (Yenilənib: 22:22 21.03.2024) H.Hacıyev vurğulayıb ki, Çin həmişə başqa mədəniyyətlərə və sivilizasiyalara açıq olub və onlara hörmətlə yanaşır.
BAKI, 21 mart - Sputnik. Azərbaycan və Çin arasında ticari-iqtisadi əlaqələr çox fəal inkişaf edir və Orta Dəhlizin tam istismarı bu əlaqələrə daha da təkan verəcək.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) layihəsinin öz çətinlikləri var, onları aradan qaldırmaq lazımdır: “Orta Dəhliz bir neçə ölkənin ərazisindən keçir, bunlar bizim Mərkəzi Asiya tərəfdaşlarımız, Gürcüstan, Türkiyədir. Biz qazax, gürcü və türk həmkarlarımızla çox işləyirik. TBNM üçün “bir pəncərə” elementi xüsusilə mallarını Avropaya çatdırmaq istəyən Çin şirkətləri üçün çox vacibdir. Yeri gəlmişkən, artıq işləyən və Çin tərəfini də buna cəlb etmək istədiyimiz “bir pəncərə”nin tətbiqi bütün marşrut boyunca prosedurları standartlaşdırmağa və sadələşdirməyə imkan verəcəkdir. Onun tətbiqi gözlənildiyindən daha tez baş verir, çünki biznesin öz qaydaları var”.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan bu yaxınlarda Çin və Qazaxıstan arasında Orta Dəhliz haqqında imzalanmış sazişi diqqətə çatdırıb: “Biz Azərbaycan və Çin arasında belə bir sazişin mümkünlüyü barədə də düşünürük. Ola bilsin ki gələcəkdə oxşar üçtərəfli saziş imzalansın. Biz Çin+Mərkəzi Asiya, Çin+Mərkəzi Asiya+Azərbaycan konsepsiyasının inkişafını gözləyirik”.
H.Hacıyev vurğulayıb ki, Çin həmişə başqa mədəniyyətlərə və sivilizasiyalara açıq olub və onlara hörmətlə yanaşır.