DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İtaliyada XI əsrə aid "cib kompüteri" aşkar edilib

© Sputnik / Наталья СеливерстоваMuzey mozaikası, arxiv
Muzey mozaikası, arxiv  - Sputnik Azərbaycan, 1920, 20.03.2024
Abunə olmaq
Astrolaba ərəblər, yəhudilər və xristianlar arasında yüz illərlə davam edən elmi mübadilə üçün güclü arqumentdir.
BAKI, 20 mart — Sputnik. Verona muzey kolleksiyalarında dünyanın ilk "cib kompüteri" hesab edilən ən qədim artefaktı aşkar edilib.
Bu sensasiyalı tapıntı barədə onu muzeyin fondunda kəşf edən Barselona Universitetindən olan tarixçi Federika Ciqante bölüşüb.
Söhbət 1062-ci ildən günümüzə qədər salamat qalmış yeganə Bizans astrolabasından - orta əsr alimlərinə və naviqatorlarına vaxtı, məsafələri hesablamağa və ulduzların mövqelərini göstərməyə imkan verən, istifadəçinin əlinə sığan, kainatın portativ ikiölçülü modelindən gedir.
Astrolaba mükəmməl şəkildə qorunub saxlanılıb ki, bu da bizə XI əsrin texnologiyaları və bilikləri haqqında daha çox məlumat əldə etməyə imkan verəcək. Federika Ciqantenin sözlərinə görə, o, "inanılmaz dərəcədə nadir obyekt" deyil, orta əsrlərdə astronomiya və digər elmlərin inkişafına işıq sala biləcək əsl xəzinə kəşf edib.
Astrolabanın səthində müsəlman duaları, eləcə də ivrit dilində cizgilər həkk olunub. Bunlar astroloji bürclərin ərəb adlarının tərcüməsidir: Əqrəb, Oxatan, Oğlaq, Dolça, Balıq və Qoç.

"Bu, ərəblər, yəhudilər və xristianlar arasında yüz illərlə davam edən elmi mübadilə üçün güclü arqumentdir" – Ciqante bildirib.

Tədqiqatçılar tapılan cihazın XI əsrdə müsəlmanların hökm sürdüyü Əl-Əndəlusda hazırlana biləcəyi ehtimalını irəli sürüblər. Onun yaradılmasının Toledo şəhəri ilə bağlı olması ehtimal olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0