https://sputnik.az/20240320/saysiz-hesabsiz-pullar-bmt-mecburi-emekden-elde-edilen-geliri-qiymetlendirib-463415537.html
Saysız-hesabsız pullar: BMT məcburi əməkdən əldə edilən gəliri qiymətləndirib
Saysız-hesabsız pullar: BMT məcburi əməkdən əldə edilən gəliri qiymətləndirib
Sputnik Azərbaycan
Beynəlxalq təşkilatın hesablamalarına görə, insan alverçiləri və cinayətkarlar on il əvvəl 8200 dollar əvəzinə qurban başına təxminən 10.000 dollar qazanırlar. 20.03.2024, Sputnik Azərbaycan
2024-03-20T21:30+0400
2024-03-20T21:30+0400
2024-03-20T21:30+0400
dünya xəbərləri
bmt
əmək
pul
uşaq
məcburi
https://cdnn1.img.sputnik.az/img/07e6/09/17/446377084_0:160:3072:1888_1920x0_80_0_0_2d44e271f906084f9c129c209e67f50d.jpg
BAKI, 20 mart - Sputnik. Özəl iqtisadiyyatda məcburi əmək ildə 236 milyard dollar qeyri-qanuni gəlir gətirir, Avropa və Mərkəzi Asiya məcburi əməyin ən çox gəlir gətirdiyi regionlardır. Bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) BMT-dəki saytında dərc edilmiş hesabatda deyilir.Təşkilat hesab edir ki, hazırda insan alverçiləri və cinayətkarlar on il əvvəl inflyasiyaya uyğunlaşdırılmış 8200 dollar əvəzinə qurban başına təxminən 10.000 dollar qazanırlar.Qeyd olunur ki, 2021-ci ildə 27,6 milyon insan məcburi əməyə cəlb edilib. 2016-2021-ci illər arasında belə işə məruz qalanların sayı 2,7 milyon nəfər artıb.Məhz Avropa və Mərkəzi Asiyada məcburi əməkdən illik qeyri-qanuni qazanc ən yüksəkdir (84 milyard dollar). Asiya-Sakit Okeanda bu rəqəm 62 milyard dollar, Amerikada 52 milyard dollar, Afrikada 20 milyard dollar və Ərəb Dövlətlərində 18 milyard dollar təşkil edir" - hesabatda qeyd olunur.Məhsul qadağasıAİ Şurası və Avropa Parlamenti (AP) Avropa İttifaqında məcburi əməyindən istifadə etməklə istehsal olunan məhsulların qadağan edilməsi ilə bağlı ilkin razılığa gəlib. Yeni qaydalara əsasən, istehsalında məcburi əməyindən istifadə edilməsində şübhəli bilinən istənilən məhsul araşdırmaya qədər Avropa bazarından çıxarılacaq.Qanun pozuntuları təsdiqlənərsə, belə mallar məhv ediləcək. İstisna pozuntular aradan qaldırılana qədər təxirə salınacaq əsas əhəmiyyətli mallar və ya strateji mallar olacaq. Məcburi əmək qaydalarını pozan şirkətlər cərimələnə bilər.Hazırda yeni qaydalar Aİ Şurası və Avropa Parlamenti tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir, bundan sonra onlar rəsmi jurnalda dərc olunacaq və qüvvəyə minəcək. Bundan sonra Aİ ölkələrinin onları praktikada tətbiq etmək üçün üç il vaxtı olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220923/efqanistanin-kerpic-zavodlarinda-agir-usaq-emeyi-446617466.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/17/446377084_171:0:2902:2048_1920x0_80_0_0_99764a609e8bdc75f06499d98889c499.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bmt, əmək, pul, uşaq, məcburi
bmt, əmək, pul, uşaq, məcburi
Saysız-hesabsız pullar: BMT məcburi əməkdən əldə edilən gəliri qiymətləndirib
Beynəlxalq təşkilatın hesablamalarına görə, insan alverçiləri və cinayətkarlar on il əvvəl 8200 dollar əvəzinə qurban başına təxminən 10.000 dollar qazanırlar.
BAKI, 20 mart - Sputnik. Özəl iqtisadiyyatda məcburi əmək ildə 236 milyard dollar qeyri-qanuni gəlir gətirir, Avropa və Mərkəzi Asiya məcburi əməyin ən çox gəlir gətirdiyi regionlardır. Bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) BMT-dəki saytında dərc edilmiş hesabatda deyilir.
“Özəl iqtisadiyyatda məcburi əmək ildə 236 milyard dollar qeyri-qanuni gəlir gətirir. Məcburi əməkdən əldə edilən qeyri-qanuni gəlirin ümumi məbləği 2014-cü ildən bəri 64 milyard dollar (37%) artıb ki, bu da həm məcburi əməyə cəlb olunanların sayının artması, həm də insanların istismarından əldə edilən gəlirlərin artması ilə əlaqədardır” - sənəddə deyilir.
Təşkilat hesab edir ki, hazırda insan alverçiləri və cinayətkarlar on il əvvəl inflyasiyaya uyğunlaşdırılmış 8200 dollar əvəzinə qurban başına təxminən 10.000 dollar qazanırlar.
Qeyd olunur ki, 2021-ci ildə 27,6 milyon insan məcburi əməyə cəlb edilib. 2016-2021-ci illər arasında belə işə məruz qalanların sayı 2,7 milyon nəfər artıb.
Məhz Avropa və Mərkəzi Asiyada məcburi əməkdən illik qeyri-qanuni qazanc ən yüksəkdir (84 milyard dollar). Asiya-Sakit Okeanda bu rəqəm 62 milyard dollar, Amerikada 52 milyard dollar, Afrikada 20 milyard dollar və Ərəb Dövlətlərində 18 milyard dollar təşkil edir" - hesabatda qeyd olunur.
Aİ Şurası və Avropa Parlamenti (AP) Avropa İttifaqında məcburi əməyindən istifadə etməklə istehsal olunan məhsulların qadağan edilməsi ilə bağlı ilkin razılığa gəlib. Yeni qaydalara əsasən, istehsalında məcburi əməyindən istifadə edilməsində şübhəli bilinən istənilən məhsul araşdırmaya qədər Avropa bazarından çıxarılacaq.
Qanun pozuntuları təsdiqlənərsə, belə mallar məhv ediləcək. İstisna pozuntular aradan qaldırılana qədər təxirə salınacaq əsas əhəmiyyətli mallar və ya strateji mallar olacaq. Məcburi əmək qaydalarını pozan şirkətlər cərimələnə bilər.
Hazırda yeni qaydalar Aİ Şurası və Avropa Parlamenti tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir, bundan sonra onlar rəsmi jurnalda dərc olunacaq və qüvvəyə minəcək. Bundan sonra Aİ ölkələrinin onları praktikada tətbiq etmək üçün üç il vaxtı olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.