Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi qulluqçularımız Pakistanda keçiriləcək paradda iştirak edəcəklər

© Sputnik / Murad OrujovHərbi orkestr, arxiv
Hərbi orkestr, arxiv - Sputnik Azərbaycan, 1920, 20.03.2024
Abunə olmaq
Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti Pakistan Günü münasibətilə keçiriləcək paradda ölkəmizi təmsil edəcək.
BAKI, 20 mart - Sputnik. Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti martın 23-də Pakistan İslam Respublikasında keçiriləcək hərbi paradda iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti Pakistan İslam Respublikasının paytaxtı İslamabadın rəmzi sayılan Pakistan Abidəsi önündə konsert proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, Pakistan Günü münasibətilə keçiriləcək paradda ölkəmizlə yanaşı, müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0