Bayram oldu, heç bilmirəm neyləyim - Bölgələrdə istirahət orta təbəqə üçün əlçatmaz olub
09:30 20.03.2024 (Yenilənib: 09:34 20.03.2024)
© AFP 2024 / KIRILL KUDRYAVTSEVHotel
© AFP 2024 / KIRILL KUDRYAVTSEV
Abunə olmaq
Bayram günü dörd nəfərin istirahəti üçün "family suite" otaqlarının bir gecəsi 780 manatdır.
BAKI, 20 mart — Sputnik. Novruz bayramında 7 günlük bayram tətili insanlara doyunca istirahət etmək fürsəti verir. Bəs görəsən, Novruz bayramında turizm bölgələrində yerləşən hotellərdə qiymətlər necə, dincəlməyə imkan yaradacaqmı?
Sputnik Azərbaycan Novruz tətilində turizm bölgələrimizdə fəaliyyət göstərən hotellərdə rezervasiya qiymətlərini araşdırıb.
"Basqal Resort & Spa"da martın 20-də iki nəfər üçün bir gecəlik gecələmə qiyməti 360 manat təşkil edir. Bu qiymətə səhər yeməyi daxildir. Bayram günü dörd nəfərin istirahəti üçün "family suite" otaqlarının bir gecəsi isə 780 manatdır.
© Sputnik / Ilham Ahmadovİsmayıllı rayonunun Lahıc qəsəbəsinə aparan yoldakı asma körpü
İsmayıllı rayonunun Lahıc qəsəbəsinə aparan yoldakı asma körpü
© Sputnik / Ilham Ahmadov
"Qəbələ Hospitalty Group"un hotellər şəbəkəsində isə qiymətlər hotelin yerləşdiyi əraziyə görə dəyişir. Qəbələdə "Qafqaz Riverside Hotel"də bayram günlərində bir gecəlik otaqların qiyməti 298 manatdır. Buraya gündə bir dəfə səhər qidalanma daxildir.
© Sputnik / Zulfiyya GuluyevaTufandağ qar yağandan sonra
Tufandağ qar yağandan sonra
© Sputnik / Zulfiyya Guluyeva
"Qafqaz Tufandag Hotel"də isə martın 20-dən başlayaraq gecələmək üçün otaqlar iki nəfər üçün 358 manatdan başlayır.
"Qafqaz Resort Hotel"də bayram günləri üçün gecələmə yerləri qonaqlara iki nəfərlik otaqlar üçün 113 manatdan başlayır.
"Şəki Park Hotel"də iki nəfərin səhər yeməyi daxil gecələmə qiyməti 150 manatdır. "Marxal Resort & Spa Hotel"də bir gecə standart otaqlar iki nəfər üçün 240 manatdan başlayır. Səhər yeməyi daxil hoteldə bayram şənliyi də təşkil olunacaq.
© Sputnik / Shahperi AbbasovaŞəki şəhərində qədim küçələrdən biri
Şəki şəhərində qədim küçələrdən biri
© Sputnik / Shahperi Abbasova
"Xan Lənkəran" Hoteldə isə martın 20-dən 23-dək boş yer qalmayıb. Mart ayının 23-dən sonra iki nəfər üçün gecələmə qiymətləri 90-manat təşkil edir. Bura səhər yeməyi daxildir.
"Lankaran Springs Wellness Resort" Hoteldə martın 21-dən sonra iki nəfər üçün gecələmə yerlərinin qiyməti 500 manatdır. Bura gündə üç dəfə qidalanma da daxildir. Martın 22-23-24-dən sonra isə qiymətlər 100 manat enərək 400 manat olacaq.
© Official website of President of Azerbaijan RepublicLənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub
Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub
Azərbaycanda xüsusilə bölgələrdə yerləşən hotellərdə və istirahət mərkəzlərində qiymətlərin hər bayramda bahalaşması birmənalı qarşılanmır. Ölkəmizdə azbüdcəli hotellərin inşa olunacağı ilə bağlı vədlər elə vəd olaraq da qalır.
Turizm üzrə ekspert Ceyhun Aşurov Sputnik Azərbaycan-a bildirib ki, hər bayramda bölgələrdəki hotellərdə qiymət artımının bir neçə səbəbi var. Bölgələrdə kənd evlərinin sayı artırılsa da, hotellərdə qiymət artımı davam edir.
© Sputnik / Nigar IskanderovaCeyhun Aşurov
Ceyhun Aşurov
© Sputnik / Nigar Iskanderova
"Bunun əsas səbəbi hotel sektorunda təklifin tələbi üstələməsidir. Qiymətlərin ucuzlaşması üçün yeni turizm destinasiyaları yaranmalıdır. Ölkədə hotel və gecələmə yerlərinin sayının azlığı qiymətə əsas təsir edən amillərdəndir. Quru sərhədlərin bağlı qalması da daxili turizmə tələbatı artırır ki, bu da qiymətlərin baha olmasına səbəb olur" - Ceyhun Aşurov bildirib.
C.Aşurov bayram günlərində bölgələrdə hotellərə tələbatın artdığını söyləyib. Ekspert əlavə edib ki, azbüdcəli turistlər üçün azulduzlu hotellər inşa olunmadığından, bölgələrdə istirahət orta təbəqə üçün əlçatmaz olur.