https://sputnik.az/20240320/baki-agstafa-marsrutu-uzre-elave-qatarlar-teyin-edilib-463412476.html
Bakı-Ağstafa marşrutu üzrə əlavə qatarlar təyin edilib
Bakı-Ağstafa marşrutu üzrə əlavə qatarlar təyin edilib
Sputnik Azərbaycan
22, 23, 24, 25, 26 mart tarixlərində səhər və axşam reysləri üzrə qatarlar Ağstafaya, eyni zamanda geriyə hərəkətdə olacaq. 20.03.2024, Sputnik Azərbaycan
2024-03-20T15:41+0400
2024-03-20T15:41+0400
2024-03-20T15:41+0400
cəmiyyət
bakı
ağstafa
qatar
azərbaycan dəmir yolları
qəbələ
https://cdnn1.img.sputnik.az/img/42160/17/421601761_0:208:2000:1333_1920x0_80_0_0_606492e8b9daa40a9f996e0f539b2a67.jpg
BAKI, 20 mart - Sputnik. Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə daha 9 qatar reysi təyin edilib. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.Məlumata görə, 22, 23, 24, 25, 26 mart tarixlərində səhər və axşam reysləri üzrə qatarlar Ağstafaya, eyni zamanda geriyə hərəkətdə olacaq.Qeyd edk ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar hər gün hərəkət edəcək.ADY-dən verilən məlumata görə, 20-26 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək. Səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.Qeyd edək ki, hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir.Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42160/17/421601761_223:0:2000:1333_1920x0_80_0_0_29aa66fc840aaf46c34f228cd998faad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, ağstafa, qatar, azərbaycan dəmir yolları, qəbələ
bakı, ağstafa, qatar, azərbaycan dəmir yolları, qəbələ
Bakı-Ağstafa marşrutu üzrə əlavə qatarlar təyin edilib
22, 23, 24, 25, 26 mart tarixlərində səhər və axşam reysləri üzrə qatarlar Ağstafaya, eyni zamanda geriyə hərəkətdə olacaq.
BAKI, 20 mart - Sputnik. Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə daha 9 qatar reysi təyin edilib. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumata görə, 22, 23, 24, 25, 26 mart tarixlərində səhər və axşam reysləri üzrə qatarlar Ağstafaya, eyni zamanda geriyə hərəkətdə olacaq.
"Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və yaXUD “ADY Mobile” tətbiqini yükləyə bilərsiniz" - məlumatda qeyd edilib.
Qeyd edk ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar hər gün hərəkət edəcək.
ADY-dən verilən məlumata görə, 20-26 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək. Səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.
Qeyd edək ki, hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.