https://sputnik.az/20240320/alimler-elektromobil-ve-ya-skuterden-elektrik-cereyani-vurma-ehtimalini-arasdiriblar-463282330.html
Alimlər elektromobil və ya skuterdən elektrik cərəyanı vurma ehtimalını araşdırıblar
Alimlər elektromobil və ya skuterdən elektrik cərəyanı vurma ehtimalını araşdırıblar
Sputnik Azərbaycan
Elektrikli skuter və velosiped akkumulyatorlarının zədələrə qarşı etibarlı müdafiəsi yoxdur 20.03.2024, Sputnik Azərbaycan
2024-03-20T16:29+0400
2024-03-20T16:29+0400
2024-03-20T16:29+0400
elektromobil
dünya xəbərləri
skuter
elektrik cərəyanı
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0b/426433380_0:0:2820:1586_1920x0_80_0_0_8f9e51f76ca68c4e3ea2c38ceb10067c.jpg
BAKI, 15 mart — Sputnik. Bostondakı Şimal-Qərb Universitetinin (NEU) amerikalı alimləri elektromobildən və ya elektriklə çaışan digər nəqliyyat vasitələrindən elektrik cərəyanı vurması risklərini qiymətləndiriblər. Araşdırma "NEU"nun rəsmi saytında dərc edilib. NEU-nun Kimya Mühəndisliyi Departamentinin kimya professoru Sanjiv Mukerdjinin sözlərinə görə, məşhur elektromobil modelləri qəza və digər hadisələr zamanı akkumulyatorları söndürən etibarlı qoruma ilə təchiz olunublar. Elektrik maşını tamamilə suyun altına düşsə belə, həm içəridə olan insanlar, həm də onların köməyinə gələn xilasedicilər üçün elektrik cərəyanı vurması baxımından təhlükəsiz qalmalıdır. Lakin bu, elektrik avtomobilinin akkumulyator bölməsinin hermetik şəkildə bağlandığı və qəza nəticəsində bu möhürün qırılmadığı vəziyyətlər üçün keçərlidir. Elektrik skuterləri və elektrik velosipedləri ilə bağlı vəziyyət əksinədir. Belə ki, bu nəqliyyat vasitələri batareyaların zədələnmədən yaxşı qorunmasına malik deyillər. Nəticədə, sadəcə yağış altında küçədə islanaraq istifadəçi insanı cərəyanla vura bilərlər. Professor Mukedrji əlavə edib ki, fövqəladə hallar işçilərinin insanları elektrik maşınlarından xilas etmək üçün daha çox təlimə ehtiyacları var. Qabaqcıl təlim elektromobilin akkumulyatorunun yerini müəyyən etmək, onun vəziyyətini qiymətləndirmək və batareyaya zərər verə biləcək hərəkətlərin qarşısını almaq bacarıqlarını əhatə etməlidir. Əvvəllər elektromobili günəşdəki partlayışlardan qoruyan örtük satışa çıxarılmışdı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0b/426433380_89:0:2820:2048_1920x0_80_0_0_d99c9a05e5cee0670874d7ff7e159b7e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
elektromobil, skuter, elektrik cərəyanı
elektromobil, skuter, elektrik cərəyanı
Alimlər elektromobil və ya skuterdən elektrik cərəyanı vurma ehtimalını araşdırıblar
Elektrikli skuter və velosiped akkumulyatorlarının zədələrə qarşı etibarlı müdafiəsi yoxdur
BAKI, 15 mart — Sputnik. Bostondakı Şimal-Qərb Universitetinin (NEU) amerikalı alimləri elektromobildən və ya elektriklə çaışan digər nəqliyyat vasitələrindən elektrik cərəyanı vurması risklərini qiymətləndiriblər. Araşdırma "NEU"nun rəsmi saytında dərc edilib.
NEU-nun Kimya Mühəndisliyi Departamentinin kimya professoru Sanjiv Mukerdjinin sözlərinə görə, məşhur elektromobil modelləri qəza və digər hadisələr zamanı akkumulyatorları söndürən etibarlı qoruma ilə təchiz olunublar.
Elektrik maşını tamamilə suyun altına düşsə belə, həm içəridə olan insanlar, həm də onların köməyinə gələn xilasedicilər üçün elektrik cərəyanı vurması baxımından təhlükəsiz qalmalıdır. Lakin bu, elektrik avtomobilinin akkumulyator bölməsinin hermetik şəkildə bağlandığı və qəza nəticəsində bu möhürün qırılmadığı vəziyyətlər üçün keçərlidir.
Elektrik skuterləri və elektrik velosipedləri ilə bağlı vəziyyət əksinədir. Belə ki, bu nəqliyyat vasitələri batareyaların zədələnmədən yaxşı qorunmasına malik deyillər. Nəticədə, sadəcə yağış altında küçədə islanaraq istifadəçi insanı cərəyanla vura bilərlər.
Professor Mukedrji əlavə edib ki, fövqəladə hallar işçilərinin insanları elektrik maşınlarından xilas etmək üçün daha çox təlimə ehtiyacları var. Qabaqcıl təlim elektromobilin akkumulyatorunun yerini müəyyən etmək, onun vəziyyətini qiymətləndirmək və batareyaya zərər verə biləcək hərəkətlərin qarşısını almaq bacarıqlarını əhatə etməlidir.
Əvvəllər elektromobili günəşdəki partlayışlardan qoruyan örtük satışa çıxarılmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.