https://sputnik.az/20240319/xezer-denizi-vasitesile-azerbaycana-narkotik-getirilmesinin-qarsisi-alinib-463385160.html
Xəzər dənizi vasitəsilə Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb
Xəzər dənizi vasitəsilə Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb
Sputnik Azərbaycan
Lənkəran rayon Balıqçılar qəsəbə sakini 1989-cu il təvəllüdlü Ağayev Cəfər Bahadır oğlu sahilə yan alarkən sərhəd naryadı tərəfindən saxlanılıb. 19.03.2024, Sputnik Azərbaycan
2024-03-19T14:20+0400
2024-03-19T14:20+0400
2024-03-19T14:45+0400
xəzər dənizi
cəmiyyət
narkotik
dövlət sərhəd xidməti
sahil mühafizə xidməti
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441636360_82:0:942:484_1920x0_80_0_0_54a646269074e1b4f68d655f755d4767.jpg
BAKI, 19 mart — Sputnik. Xəzər dənizinin cənub istiqamətində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, DSX-nin Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sərhəd bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb. Keçirilmiş tədbirlər nəticəsində Xəzər dənizinin cənub istiqamətində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində "BA-580" bort nömrəli "Yamaha-25" mühərriklə təchiz edilmiş qayıqda Lənkəran rayon Balıqçılar qəsəbə sakini 1989-cu il təvəllüdlü Ağayev Cəfər Bahadır oğlu sahilə yan alarkən sərhəd naryadı tərəfindən saxlanılıb. Qayığa baxış zamanı yeddi bağlamada ümumi çəkisi 29 kiloqram 715 qram narkotik vasitə marixuana, "Baikal" ov tüfəngi, iyirmi dörd ədəd patron, həmçinin "Garmin" GPS cihazı, "Samsung Galaxy A5" və "KGTEL" markalı mobil telefonlar aşkar olunaraq götürülüb. Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441636360_190:0:835:484_1920x0_80_0_0_6cdff9864d1821727e2ab4e62c5a4a45.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəzər dənizi, narkotik, dövlət sərhəd xidməti, sahil mühafizə xidməti
xəzər dənizi, narkotik, dövlət sərhəd xidməti, sahil mühafizə xidməti
Xəzər dənizi vasitəsilə Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb
14:20 19.03.2024 (Yenilənib: 14:45 19.03.2024) Lənkəran rayon Balıqçılar qəsəbə sakini 1989-cu il təvəllüdlü Ağayev Cəfər Bahadır oğlu sahilə yan alarkən sərhəd naryadı tərəfindən saxlanılıb.
BAKI, 19 mart — Sputnik. Xəzər dənizinin cənub istiqamətində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, DSX-nin Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sərhəd bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.
Keçirilmiş tədbirlər nəticəsində Xəzər dənizinin cənub istiqamətində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində "BA-580" bort nömrəli "Yamaha-25" mühərriklə təchiz edilmiş qayıqda Lənkəran rayon Balıqçılar qəsəbə sakini 1989-cu il təvəllüdlü Ağayev Cəfər Bahadır oğlu sahilə yan alarkən sərhəd naryadı tərəfindən saxlanılıb.
Qayığa baxış zamanı yeddi bağlamada ümumi çəkisi 29 kiloqram 715 qram narkotik vasitə marixuana, "Baikal" ov tüfəngi, iyirmi dörd ədəd patron, həmçinin "Garmin" GPS cihazı, "Samsung Galaxy A5" və "KGTEL" markalı mobil telefonlar aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.