DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp: ABŞ-ı Bayden yox, onun "məkrli" və "ağıllı" ətrafı idarə edir

© AFP 2023 / CHANDAN KHANNATramp
Tramp - Sputnik Azərbaycan, 1920, 19.03.2024
Abunə olmaq
Keçmiş dövlət başçısı əmindir ki, ölkə Baydenin ətrafındakı "məkrli, ağıllı" insanlar tərəfindən idarə olunur, hazırkı prezidentin özü isə mümkün qədər tez yatağına uzanıb yatmaq istəyir.
BAKI, 19 mart — Sputnik. Birləşmiş Ştatlar hazırkı Prezident Co Bayden tərəfindən deyil, onun "məkrli" dairəsi tərəfindən idarə olunur.
Müvafiq fikri radioaparıcı Sebastyan Qorkiyə müsahibəsində Amerikanın keçmiş lideri Donald Tramp bildirib.
Siyasətçinin sözlərinə görə, prezident tabeliyində olanlara boş və donuq baxışlarla baxır və bütün qərarlarla razılaşır.
Keçmiş dövlət başçısı əmindir ki, ölkə Baydenin ətrafındakı "məkrli, ağıllı" insanlar tərəfindən idarə olunur, hazırkı prezidentin özü isə mümkün qədər tez yatağına uzanıb yatmaq istəyir.
Bundan əvvəl Donald Tramp bildirib ki, noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gəlməsə, ölkəni "qan gölünə çevrilmək" gözləyir.
Xəbər lenti
0