https://sputnik.az/20240319/solts-ukraynaya-silah-vermekden-imtina-etdi-partiyadaki-reytinqi-yukseldi-463398605.html
Şolts Ukraynaya silah verməkdən imtina etdi, partiyadakı reytinqi yüksəldi
Şolts Ukraynaya silah verməkdən imtina etdi, partiyadakı reytinqi yüksəldi
Sputnik Azərbaycan
Raket tədarükü təşəbbüsünü elan edən müxalifətdə olan Xristian Demokrat və Xristian Sosial Birlikləri blokunun populyarlıq reytinqi son aylarda ilk dəfə olaraq... 19.03.2024, Sputnik Azərbaycan
2024-03-19T20:22+0400
2024-03-19T20:22+0400
2024-03-19T20:22+0400
olaf şolts
dünya xəbərləri
almaniya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/06/14/443124277_0:0:2840:1599_1920x0_80_0_0_388107aaec56ab5753511f5fe2018f27.jpg
BAKI, 19 mart — Sputnik. Almaniya kansleri Olaf Şolsun Ukrayna Silahlı Qüvvələrinə "Taurus" raketləri verməkdən imtina etməsindən sonra Almaniya Sosial Demokrat Partiyasının reytinqi yüksəlib. "Bild" bu barədə "İnsa" sosioloji institutunun keçirdiyi sorğunun məlumatlarına istinadən yazıb. Şoltsun partiyasına dəstək yüzdə yarım artaraq 16 faizə çatıb. Eyni zamanda, raket tədarükü təşəbbüsünü elan edən müxalifətdə olan Xristian Demokrat və Xristian Sosial Birlikləri blokunun populyarlıq reytinqi son aylarda ilk dəfə olaraq 30 faizdən aşağı düşüb. "Ötən həftə ilə müqayisədə XD/XSB bloku 1,5 faiz bəndi itirərək 29,5 faiz səs toplayıb. Lakin bu, onun Almaniyadakı siyasi partiyaların populyarlıq reytinqində liderliyini davam etdirməsinə mane olmur" - "Bild" yazıb. Sağçı "Almaniya üçün Alternativ" partiyası 19,5 faiz səslə ikinci yerdədir. Kansler Olaf Şoltsun partiyası üçüncü yerdədir - seçicilərin 16 faizi ona səs verməyə hazırdır. Nəşr iddia edib ki, hər iki tərəf Ukrayna münaqişəsi ilə bağlı dinc ritorikadan istifadə edir. Bundan əvvəl politoloq Alexander Rar Şoltsun "Taurus" raketlərini Ukraynaya göndərməkdən hansı səbəbdən imtina etməsini izah edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/14/443124277_109:0:2840:2048_1920x0_80_0_0_c248351e0629a50250216a489852f004.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
olaf şolts, almaniya, ukrayna
olaf şolts, almaniya, ukrayna
Şolts Ukraynaya silah verməkdən imtina etdi, partiyadakı reytinqi yüksəldi
Raket tədarükü təşəbbüsünü elan edən müxalifətdə olan Xristian Demokrat və Xristian Sosial Birlikləri blokunun populyarlıq reytinqi son aylarda ilk dəfə olaraq 30 faizdən aşağı düşüb.
BAKI, 19 mart — Sputnik. Almaniya kansleri Olaf Şolsun Ukrayna Silahlı Qüvvələrinə "Taurus" raketləri verməkdən imtina etməsindən sonra Almaniya Sosial Demokrat Partiyasının reytinqi yüksəlib.
"Bild" bu barədə "İnsa" sosioloji institutunun keçirdiyi sorğunun məlumatlarına istinadən yazıb.
Şoltsun partiyasına dəstək yüzdə yarım artaraq 16 faizə çatıb.
Eyni zamanda, raket tədarükü təşəbbüsünü elan edən müxalifətdə olan Xristian Demokrat və Xristian Sosial Birlikləri blokunun populyarlıq reytinqi son aylarda ilk dəfə olaraq 30 faizdən aşağı düşüb.
"Ötən həftə ilə müqayisədə XD/XSB bloku 1,5 faiz bəndi itirərək 29,5 faiz səs toplayıb. Lakin bu, onun Almaniyadakı siyasi partiyaların populyarlıq reytinqində liderliyini davam etdirməsinə mane olmur" - "Bild" yazıb.
Sağçı "Almaniya üçün Alternativ" partiyası 19,5 faiz səslə ikinci yerdədir. Kansler Olaf Şoltsun partiyası üçüncü yerdədir - seçicilərin 16 faizi ona səs verməyə hazırdır. Nəşr iddia edib ki, hər iki tərəf Ukrayna münaqişəsi ilə bağlı dinc ritorikadan istifadə edir.
Bundan əvvəl politoloq Alexander Rar Şoltsun "Taurus" raketlərini Ukraynaya göndərməkdən hansı səbəbdən imtina etməsini izah edib.