Голосование на выборах президента России в Новосибирске  - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Rusiyada prezident seçkiləri

Qərbin Rusiyanı ittiham etməsi təəccübləndirmir - Patruşev

© Sputnik Виктор Толочко / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev - Sputnik Azərbaycan, 1920, 19.03.2024
Abunə olmaq
Onun fikrincə, anqlosakslar əsl demokratiyanı və başqa dövlətlərin müstəqilliyini heç vaxt qəbul etməyəcəklər.
BAKI, 19 mart — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Qərbin yenidən Rusiyanı demokratiyanın olmamasında ittiham etməsinə təəccüblənmir. O hesab edir ki, opponentlər Rusiyanın müstəqilliyi və özünəməxsusluğundan qıcıqlanır.
"Mən təəccüblənmirəm. Həm Vaşinqton, həm də London Rusiyadakı daxili siyasi vəziyyəti pozmaq üçün etdikləri hərəkətlərin uğursuzluğa düçar olmasından qəzəblənirlər" - Patruşev "Arqumenti i Faktı"ya müsahibəsində deyib.
Onun fikrincə, anqlosakslar əsl demokratiyanı və başqa dövlətlərin müstəqilliyini heç vaxt qəbul etməyəcəklər.
"Bu, onların Rusiya vətəndaşlarının azadlıq və ədalət istəyinə qəzəblərini aydın şəkildə izah edir" - Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib.
Xatırladaq ki Rusiya MSK-nın məlumatına görə, martın 18-i Moskva vaxtı ilə saat 10:00-da Rusiya prezident seçkilərində ümumilikdə 87 milyon 113 min 127 (87113127 səs) nəfər səs verib.
"İlk dəfədir ki, bizdə seçici fəallığı rekord qırır, bu misli görünməmiş rəqəmlərdir və indiyədək heç vaxt belə bir (77,44%) göstərici olmayıb. Biz təhlil etdik, ümumiyyətlə, bu, müasir Rusiyanın tarixində ilk dəfə baş verir" - Pamfilova qeyd edib.
Prezident seçkilərində iştirak üçün əvvəlki rekord 1991-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) prezidenti seçilərkən olub və bu 74,66% təşkil edib. Ondan əvvəl, 2008-ci ildə olub, bu isə 69,81% olaraq rekord müəyyən edilmişdir.
Pamfilova bu yaxınlarda bildirib ki, Rusiya Federasiyasında prezident seçkilərinin təşkili ilə bağlı demək olar ki, heç bir şikayət daxil olmayıb.
Rusiya MSK rəhbəri həmçinin qeyd edib ki, prezident seçkilərində səsvermə başlayandan bəri məsafədən elektron səsvermə sistemi 420 mindən çox DDoS-hücumuna məruz qalıb. Pamfilova bu məlumatı martın 18-də Rusiya Mərkəzi Seçki Komissiyasının informasiya mərkəzində bildirərək, əsas zərbənin səsvermə portalına dəydiyini vurğulayıb.
Xəbər lenti
0