https://sputnik.az/20240319/qerb-seckiler-zamani-rusiya-xn-in-resurslarina-cixisi-mehdudlasdirmaga-calisib-463386289.html
Qərb seçkilər zamanı Rusiya XİN-in resurslarına çıxışı məhdudlaşdırmağa çalışıb
Qərb seçkilər zamanı Rusiya XİN-in resurslarına çıxışı məhdudlaşdırmağa çalışıb
Sputnik Azərbaycan
Martın 15-17-də Rusiyada prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Vladimir Putin səslərin 87,28 faizini qazanıb. 19.03.2024, Sputnik Azərbaycan
2024-03-19T16:23+0400
2024-03-19T16:23+0400
2024-03-19T16:29+0400
mariya zaxarova
rusiyada prezident seçkiləri
rusiya xin
qərb
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458412238_0:0:2899:1631_1920x0_80_0_0_7c0d4d60d86edd2e28cdc01c8e6bca3d.jpg
BAKI, 19 mart — Sputnik. Rusiyaya dost olmayan dövlətlər prezident seçkiləri zamanı Rusiya Xarici İşlər Nazirliyinin resurslarının işinə müdaxilə etməyə çalışıblar. Bu sözləri "Komsomolskaya Pravda" radiosunda nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, xaricdə olan insanlar internetdə Rusiyanın dövlət qurumlarının səhifələrinə daxil ola bilməyiblər. Rusiya Xarici İşlər Nazirliyinin saytına da giriş məhdudlaşdırılıb. "Söhbət internetlə bağlı hər hansı ümumi problemin olmasından getmir, onlar bizim rəsmi saytlarımızı hədəfə almışdılar" - Zaxarova bəyan edib. Qeyd etmək lazımdır ki, departament səsvermədən əvvəl Qərb ölkələrinə əvvəlcədən notalar göndərib. Rusiya nümayəndələri seçkilərin təhlükəsizliyini təmin etməyi xahiş ediblər. Lakin, diplomatın qeyd etdiyi kimi, Qərb həzz almaq üçün "növbəti iyrənc hərəkətindən" imtina edə bilməyib. Xatırladaq ki, martın 15-17-də Rusiyada prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Vladimir Putin səslərin 87,28 faizini qazanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458412238_170:0:2899:2047_1920x0_80_0_0_da6580f70e0019b9eff2565659ec64cd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, rusiya xin, qərb
mariya zaxarova, rusiya xin, qərb
Qərb seçkilər zamanı Rusiya XİN-in resurslarına çıxışı məhdudlaşdırmağa çalışıb
16:23 19.03.2024 (Yenilənib: 16:29 19.03.2024) Martın 15-17-də Rusiyada prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Vladimir Putin səslərin 87,28 faizini qazanıb.
BAKI, 19 mart — Sputnik. Rusiyaya dost olmayan dövlətlər prezident seçkiləri zamanı Rusiya Xarici İşlər Nazirliyinin resurslarının işinə müdaxilə etməyə çalışıblar.
Bu sözləri "Komsomolskaya Pravda" radiosunda nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, xaricdə olan insanlar internetdə Rusiyanın dövlət qurumlarının səhifələrinə daxil ola bilməyiblər. Rusiya Xarici İşlər Nazirliyinin saytına da giriş məhdudlaşdırılıb.
"Söhbət internetlə bağlı hər hansı ümumi problemin olmasından getmir, onlar bizim rəsmi saytlarımızı hədəfə almışdılar" - Zaxarova bəyan edib.
Qeyd etmək lazımdır ki, departament səsvermədən əvvəl Qərb ölkələrinə əvvəlcədən notalar göndərib. Rusiya nümayəndələri seçkilərin təhlükəsizliyini təmin etməyi xahiş ediblər. Lakin, diplomatın qeyd etdiyi kimi, Qərb həzz almaq üçün "növbəti iyrənc hərəkətindən" imtina edə bilməyib.
Xatırladaq ki, martın 15-17-də Rusiyada prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Vladimir Putin səslərin 87,28 faizini qazanıb.