https://sputnik.az/20240319/qerb-rusiyada-kecirilecek-prezident-seckilerine-bir-il-evvel-reaksiya-verib-463402006.html
Qərb Rusiyada keçiriləcək prezident seçkilərinə bir il əvvəl reaksiya verib
Qərb Rusiyada keçiriləcək prezident seçkilərinə bir il əvvəl reaksiya verib
Sputnik Azərbaycan
Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçirilib. Protokolların 100%-nin işlənməsinin nəticələrinə əsasən, Vladimir Putin 87,28% səs toplayıb. 19.03.2024, Sputnik Azərbaycan
2024-03-19T18:00+0400
2024-03-19T18:00+0400
2024-03-19T18:00+0400
rusiyada prezident seçkiləri
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
qərb
vladimir solovyov
aleksandr solovyov
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463061066_0:127:3190:1921_1920x0_80_0_0_2c01c9022f6ce8fc61c3f862bc42f9ed.jpg
BAKI, 19 mart — Sputnik. Qərb ölkələri hələ 2023-cü ilin ikinci yarısında Rusiya Federasiyasında keçirilən prezident seçkilərinə və onların nəticələrinə münasibətini formalaşdırıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Соловьев Live" canlı telekanalında deyib. "Onlar 2023-cü ilin sonunda – 2024-cü ilin əvvəlində seçkilərimizi, hətta nəticələrimizi şərh etməyə başlayıblar. Onları heç nə - hətta insanların hələ namizədliklərini irəli sürməməsi belə narahat etmirdi, onlar artıq keçiriləcək seçkilərə münasibət bildirirdilər" - diplomat qeyd edib. Zaxarovanın sözlərinə görə, rusiyalıların prezidentin ətrafında birləşməsində Qərb dövlətləri mühüm rol oynayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, ABŞ əvvəlcə Qərb ölkələrinin nümayəndələrini "bizə qarşı aqressiv hürən köpəklər kimi" qısqırdıb və yalnız bundan sonra Vaşinqtonun reaksiyası davam edib. Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçirilib. Protokolların 100%-nin işlənməsinin nəticələrinə əsasən, Vladimir Putin 87,28% səs toplayıb. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Vaşinqton Vladimir Putinin Rusiya prezidenti olması reallığına əsaslanaraq fəaliyyətini davam etdirəcək. Ağ Ev, həmçinin hesab edir ki, Rusiya Federasiyasındakı seçkilər "nə azad, nə də ədalətli" olub. Kreml səsvermənin ABŞ-dan gələn qiymətləndirilməsi ilə razılaşmadığını bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/06/463061066_230:0:2961:2048_1920x0_80_0_0_713428e035ce41c51f11211cc36e2c16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, qərb, vladimir solovyov, aleksandr solovyov
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, qərb, vladimir solovyov, aleksandr solovyov
Qərb Rusiyada keçiriləcək prezident seçkilərinə bir il əvvəl reaksiya verib
Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçirilib. Protokolların 100%-nin işlənməsinin nəticələrinə əsasən, Vladimir Putin 87,28% səs toplayıb.
BAKI, 19 mart — Sputnik. Qərb ölkələri hələ 2023-cü ilin ikinci yarısında Rusiya Federasiyasında keçirilən prezident seçkilərinə və onların nəticələrinə münasibətini formalaşdırıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Соловьев Live" canlı telekanalında deyib.
"Onlar 2023-cü ilin sonunda – 2024-cü ilin əvvəlində seçkilərimizi, hətta nəticələrimizi şərh etməyə başlayıblar. Onları heç nə - hətta insanların hələ namizədliklərini irəli sürməməsi belə narahat etmirdi, onlar artıq keçiriləcək seçkilərə münasibət bildirirdilər" - diplomat qeyd edib.
Zaxarovanın sözlərinə görə, rusiyalıların prezidentin ətrafında birləşməsində Qərb dövlətləri mühüm rol oynayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, ABŞ əvvəlcə Qərb ölkələrinin nümayəndələrini "bizə qarşı aqressiv hürən köpəklər kimi" qısqırdıb və yalnız bundan sonra Vaşinqtonun reaksiyası davam edib.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçirilib. Protokolların 100%-nin işlənməsinin nəticələrinə əsasən, Vladimir Putin 87,28% səs toplayıb.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Vaşinqton Vladimir Putinin Rusiya prezidenti olması reallığına əsaslanaraq fəaliyyətini davam etdirəcək. Ağ Ev, həmçinin hesab edir ki, Rusiya Federasiyasındakı seçkilər "nə azad, nə də ədalətli" olub.
Kreml səsvermənin ABŞ-dan gələn qiymətləndirilməsi ilə razılaşmadığını bildirib.