https://sputnik.az/20240319/nato-bas-katibi-azerbaycan-cox-yaxsi-telim-kecmis-herbi-quvvelere-malikdir-463377115.html
NATO-nun Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi
NATO-nun Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi
Sputnik Azərbaycan
Yens Stoltenberq NATO ilə Ermənistan arasında tərəfdaşlığın gücləndirilməsini səbrsizliklə gözlədiyini qeyd edib. 19.03.2024, Sputnik Azərbaycan
2024-03-19T18:24+0400
2024-03-19T18:24+0400
2024-03-19T16:26+0400
hərbi
yens stoltenberq
yens stoltenberq
baş katibi yens stoltenberq
müsahibə
müsahibə
azərtac
hərbi
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195769_0:0:3096:1742_1920x0_80_0_0_4e82e86047f0b1b369013820ce5daad9.jpg
BAKI, 19 mart - Sputnik. NATO Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) Azərbaycan və Ermənistana çağırış edib.Bu barədə o, özünün “X”dakı hesabında yazıb.“Mən Ermənistan və Azərbaycanı sülhün davamlı olması üçün fürsətdən istifadə etməyə çağırıram” - o bildirib.O, həmçinin NATO ilə Ermənistan arasında tərəfdaşlığın gücləndirilməsini səbrsizliklə gözlədiyini qeyd edib.Qeyd edək ki, Y.Stoltenberq Cənubi Qafqaz turnesi çərçivəsində martın 17-18-də Azərbaycanda olub, sonradan Gürcüstan və Ermənistana səfər edib.18.03.24, 23:01Azərbaycan çox yaxşı təlim keçmiş hərbi qüvvələrə malikdirAzərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir.Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsində deyib.Baş katib bildirib ki, Azərbaycan hərbçiləri Əfqanıstanda uzun illərdir müxtəlif tapşırıqların öhdəsindən bacarıqla gəlirlər:"Onlar 2021-ci ildə - missiyanın son günlərində hava limanının qorunması, yüz minlərlə insanın Kabil və Əfqanıstandan təxliyə edilməsi sahəsində vacib rol oynayıblar. Hava limanında, həmçinin NATO-ya məxsus hospital fəaliyyət göstərib. Bu hospitalda hava limanındakı insanlara, o cümlədən tibbi yardımın göstərilməsi təmin olunurdu. Beləliklə, birlikdə gördüyümüz son iş Türkiyə hərbçiləri ilə yanaşı hava limanının və hospitalın qorunması olub. Ümumi desək, bütün bunlar NATO üçün son dərəcə vacibdir. Mənim NATO-nun mənzil qərargahında fəaliyyət göstərən əməkdaşlarımdan biri Kabildə hava limanından insanların təxliyəsini təşkil edirdi. O yaralanmışdı. Onun həyatını azərbaycanlı hərbçilər xilas etdilər, ilk tibbi yardım göstərərək xəstəxanaya çatdırdılar".Y.Stoltenberq Azərbaycan hərbçilərinə bu illər ərzində, xüsusilə missiyanın son həftələrində gördükləri işlərə görə minnətdarlığını ifadə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195769_0:0:2732:2048_1920x0_80_0_0_7b9f1d3bf872f5de7ee4c2bb98e95ee9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yens stoltenberq, yens stoltenberq, baş katibi yens stoltenberq, müsahibə, müsahibə, azərtac, hərbi
yens stoltenberq, yens stoltenberq, baş katibi yens stoltenberq, müsahibə, müsahibə, azərtac, hərbi
NATO-nun Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi
Yens Stoltenberq NATO ilə Ermənistan arasında tərəfdaşlığın gücləndirilməsini səbrsizliklə gözlədiyini qeyd edib.
BAKI, 19 mart - Sputnik. NATO Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) Azərbaycan və Ermənistana çağırış edib.
Bu barədə o, özünün “X”dakı hesabında yazıb.
“Mən Ermənistan və Azərbaycanı sülhün davamlı olması üçün fürsətdən istifadə etməyə çağırıram” - o bildirib.
O, həmçinin NATO ilə Ermənistan arasında tərəfdaşlığın gücləndirilməsini səbrsizliklə gözlədiyini qeyd edib.
Qeyd edək ki, Y.Stoltenberq Cənubi Qafqaz turnesi çərçivəsində martın 17-18-də Azərbaycanda olub, sonradan Gürcüstan və Ermənistana səfər edib.
Azərbaycan çox yaxşı təlim keçmiş hərbi qüvvələrə malikdir
Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsində deyib.
Baş katib bildirib ki, Azərbaycan hərbçiləri Əfqanıstanda uzun illərdir müxtəlif tapşırıqların öhdəsindən bacarıqla gəlirlər:
"Onlar 2021-ci ildə - missiyanın son günlərində hava limanının qorunması, yüz minlərlə insanın Kabil və Əfqanıstandan təxliyə edilməsi sahəsində vacib rol oynayıblar. Hava limanında, həmçinin NATO-ya məxsus hospital fəaliyyət göstərib. Bu hospitalda hava limanındakı insanlara, o cümlədən tibbi yardımın göstərilməsi təmin olunurdu. Beləliklə, birlikdə gördüyümüz son iş Türkiyə hərbçiləri ilə yanaşı hava limanının və hospitalın qorunması olub. Ümumi desək, bütün bunlar NATO üçün son dərəcə vacibdir. Mənim NATO-nun mənzil qərargahında fəaliyyət göstərən əməkdaşlarımdan biri Kabildə hava limanından insanların təxliyəsini təşkil edirdi. O yaralanmışdı. Onun həyatını azərbaycanlı hərbçilər xilas etdilər, ilk tibbi yardım göstərərək xəstəxanaya çatdırdılar".
Y.Stoltenberq Azərbaycan hərbçilərinə bu illər ərzində, xüsusilə missiyanın son həftələrində gördükləri işlərə görə minnətdarlığını ifadə edib.