https://sputnik.az/20240319/ermenistan-nato-ile-terefdasliq-elaqelerinin-genislendirilmesinde-maraqlidir---pasinyan-463398462.html
Ermənistan NATO ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlıdır - Paşinyan
Ermənistan NATO ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlıdır - Paşinyan
Sputnik Azərbaycan
Ermənistan baş naziri deyib ki, Ermənistan regional proseslər kontekstində öz müdafiə qabiliyyətini inkişaf etdirməyə çalışır. 19.03.2024, Sputnik Azərbaycan
2024-03-19T18:49+0400
2024-03-19T18:49+0400
2024-03-19T18:49+0400
ermənistan
dünya xəbərləri
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
nato
yens stoltenberq
baş katibi yens stoltenberq
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800881_0:137:3156:1912_1920x0_80_0_0_e92553385f69a25f1d2c52beb189c727.jpg
BAKI, 19 mart — Sputnik. Ermənistan NATO ilə uyğunlaşdırılmış tərəfdaşlıq planının tezliklə təsdiqlənəcəyinə ümid etdiyini bildirib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan NATO-nun baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi brifinqdə deyib. "Ümid edirik ki, Ermənistan və NATO arasında yeni əməkdaşlıq formatı - uyğunlaşdırılmış fərdi əməkdaşlıq planı tezliklə təsdiqlənəcək", - Paşinyan bildirib. O qeyd edib ki, Ermənistan NATO ilə siyasi dialoqun davam etdirilməsində, alyans və ayrı-ayrı üzv ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, Ermənistan regional proseslər kontekstində öz müdafiə qabiliyyətini inkişaf etdirməyə çalışır. "Söhbət zamanı Ermənistan Silahlı Qüvvələrində islahatlar layihəsinə toxunduq. Qeyd etdim ki, bu proses heç kimə qarşı yönəlməyib və Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlib", - Paşinyan bildirib. Ermənistanla NATO ölkələri arasında 2005-ci ilin dekabrında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (FTFP) mövcuddur. Ermənistanın FTFP-də iştirakı regional təhlükəsizlik, bu təhlükəsizlik strategiyasının hazırlanması, Ermənistanın hərbi doktrinasının inkişafı, müdafiə və büdcə planlaşdırılması prosesinin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı NATO ilə vaxtaşırı məsləhətləşmələri nəzərdə tutur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457800881_213:0:2944:2048_1920x0_80_0_0_a02b888726544eab26c9476f29639f0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, nato, yens stoltenberq, baş katibi yens stoltenberq
ermənistan, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, nato, yens stoltenberq, baş katibi yens stoltenberq
Ermənistan NATO ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlıdır - Paşinyan
Ermənistan baş naziri deyib ki, Ermənistan regional proseslər kontekstində öz müdafiə qabiliyyətini inkişaf etdirməyə çalışır.
BAKI, 19 mart — Sputnik. Ermənistan NATO ilə uyğunlaşdırılmış tərəfdaşlıq planının tezliklə təsdiqlənəcəyinə ümid etdiyini bildirib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan NATO-nun baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi brifinqdə deyib.
"Ümid edirik ki, Ermənistan və NATO arasında yeni əməkdaşlıq formatı - uyğunlaşdırılmış fərdi əməkdaşlıq planı tezliklə təsdiqlənəcək", - Paşinyan bildirib.
O qeyd edib ki, Ermənistan NATO ilə siyasi dialoqun davam etdirilməsində, alyans və ayrı-ayrı üzv ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlıdır.
Onun sözlərinə görə, Ermənistan regional proseslər kontekstində öz müdafiə qabiliyyətini inkişaf etdirməyə çalışır. "Söhbət zamanı Ermənistan Silahlı Qüvvələrində islahatlar layihəsinə toxunduq. Qeyd etdim ki, bu proses heç kimə qarşı yönəlməyib və Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlib", - Paşinyan bildirib.
Ermənistanla NATO ölkələri arasında 2005-ci ilin dekabrında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (FTFP) mövcuddur. Ermənistanın FTFP-də iştirakı regional təhlükəsizlik, bu təhlükəsizlik strategiyasının hazırlanması, Ermənistanın hərbi doktrinasının inkişafı, müdafiə və büdcə planlaşdırılması prosesinin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı NATO ilə vaxtaşırı məsləhətləşmələri nəzərdə tutur.