https://sputnik.az/20240319/bakida-tecili-tibbi-yardim-briqadasi-xidmete-hazir-veziyyete-getirilib-463381456.html
Bakıda təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib
Bakıda təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib
Sputnik Azərbaycan
Bayram günləri ərzində TƏBİB-in tabeli tibb müəssisələrinin stasionar şöbələri və təcili yardım bölmələri fəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə... 19.03.2024, Sputnik Azərbaycan
2024-03-19T11:14+0400
2024-03-19T11:14+0400
2024-03-19T11:26+0400
təcili tibbi yardım
səhiyyə
təbib
bayram
bayram günləri
novruz bayramı
novruz
https://cdnn1.img.sputnik.az/img/07e8/03/10/463297714_0:21:1772:1018_1920x0_80_0_0_152d64b04cb86591e038baeef1875259.jpg
BAKI, 19 mart — Sputnik. Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq. Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq. Bildirilib ki, Bakı şəhərində təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub. Bundan əlavə, bayram günləri ərzində TƏBİB-in tabeli tibb müəssisələrinin stasionar şöbələri və təcili yardım bölmələri fəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun olaraq həyata keçirəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı müəyyən edilib. 5 günlük iş həftəsində çalışan əməkdaşlar üçün 23 və 24 mart tarixləri həftələrarası istirahət günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 mart da qeyri-iş günləridir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/10/463297714_194:0:1579:1039_1920x0_80_0_0_e49e862b5a44d0d3ba732c4efb4453d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təcili tibbi yardım, təbib, bayram, bayram günləri, novruz bayramı, novruz
təcili tibbi yardım, təbib, bayram, bayram günləri, novruz bayramı, novruz
Bakıda təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib
11:14 19.03.2024 (Yenilənib: 11:26 19.03.2024) Bayram günləri ərzində TƏBİB-in tabeli tibb müəssisələrinin stasionar şöbələri və təcili yardım bölmələri fəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun olaraq həyata keçirəcək.
BAKI, 19 mart — Sputnik. Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq. Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.
Bildirilib ki, Bakı şəhərində təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.
Bundan əlavə, bayram günləri ərzində TƏBİB-in tabeli tibb müəssisələrinin stasionar şöbələri və təcili yardım bölmələri fəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun olaraq həyata keçirəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı müəyyən edilib. 5 günlük iş həftəsində çalışan əməkdaşlar üçün 23 və 24 mart tarixləri həftələrarası istirahət günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 mart da qeyri-iş günləridir.