https://sputnik.az/20240319/azerbaycanda-bir-nefer-ayda-ne-qeder-pul-xercleyib---xercin-artim-tempi-azalir-463368712.html
Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyib - Xərcin artım tempi azalır
Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyib - Xərcin artım tempi azalır
Sputnik Azərbaycan
Ölkədə adambaşına düşən orta aylıq xərcin artım tempi azalır. Belə ki, 2023-cü ildə illik müqayisədə adambaşına düşən orta aylıq xərc 52,4 manat artsa da... 19.03.2024, Sputnik Azərbaycan
2024-03-19T08:48+0400
2024-03-19T08:48+0400
2024-03-19T08:48+0400
azərbaycan
ticarət
iqtisadiyyat
xərc
xərclər
pul
əli əsədov
dövlət statistika komitəsi
dövlət statistika komitəsi
inflyasiya
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1d/460943294_0:124:3073:1852_1920x0_80_0_0_88987b4a85073778e1a626d363a1b694.jpg
BAKI, 19 mart — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artsa da, artım tempində azalma müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 420 manat pul xərcləyib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 manat və ya 3,5 faiz çoxdur. Pərakəndə ticarətdə 420 manat xərcin 232 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 188 manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Adambaşına düşən xərcin artımı azalır Qeyd edək ki, Azərbaycanda adambaşına düşən orta aylıq xərcin artım tempi azalır. Belə ki, 2023-cü ildə illik müqayisədə adambaşına düşən orta aylıq xərc 52,4 manat artsa da, 2024-cü ilin yanvar ayında illik müqayisədə bu rəqəm 17 manata düşüb. Nəhayət, 2024-cü ilin yanvar-fevral aylarında adambaşına düşən orta aylıq xərcdə 14,5 manat artım olub. Rəqəmlərdən də göründüyü kimi, ölkədə adambaşına düşən orta aylıq xərcin artımı azalır. İnflyasiya aşağı düşdükcə xərcin artım tempi də azalır Ölkədə adambaşına düşən orta aylıq xərcin artım tempinin azalması inflyasiyanın azalması ilə bağlıdır. Belə ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda orta illik inflyasiya illik müqayisədə 1,3 faizə düşüb. Halbuki keçən il ölkədə 2022-ci illə müqayisədə orta illik inflyasiya 8,8 faiz təşkil edib. Beləliklə, ölkədə infyasiya kəskin şəkildə aşağı düşməkdədir. Əgər növbəti aylarda inflyasiyanın aşağı düşməsi davam edərsə, adambaşına düşən orta aylıq xərcin artım tempi də azalacaq. Proqnozlar 2024-cü ildə dünyada inflyasiya təzyiqlərinin zəif templə azalacağını göstərir İnflyasiya isə xarici və daxili amillərin təsirləri ilə azalıb. Qlobal iqtisadi aktivliyin zəifləməsi, eləcə də qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırıb. Valyuta bazarında tarazlığın qorunması, qəbul edilmiş pul siyasəti qərarları və hökumətin həyata keçirdiyi tədbirlər inflyasiya təzyiqlərininin azaldılmasında mühüm rol oynayıb. Proqnozlara görə, bu il qlobal iqtisadi artımın azalacağı, qlobal enerji və ərzaq qiymətlərinin sabitləşəcəyi, habelə ticarət tərəfdaşlarımızda inflyasiya proseslərinin səngiyəcəyi gözlənilir. Ümumilikdə, xarici şəraitin Azərbaycan iqtisadiyyatı üçün əlverişli olaraq qalacağı proqnozlaşdırılır. Proqnozlar 2024-cü ildə dünyada inflyasiya təzyiqlərinin zəif templərlə azalacağını göstərir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə dünya üzrə inflyasiyanın 2023-cü ildəki 6,9 faizdən 2024-cü ildə 5,8 faizə enəcəyi gözlənilir. Pərakəndə ticarət dövriyyəsi artır Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8,5 milyard manatlıq, o cümlədən 4,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb. Ən çox ərzaqlara pul xərclənir Bu ilin yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 15,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Əhalinin dərman xərcləri azalır Bu ilin yanvar-fevral aylarında əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 206,3 milyon manat pul xərcləyib ki, bu da illik müqayisədə 1,9 faiz azdır. Qiymət izləmə sistemi yaradılıb Xatırladaq ki, Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı bildirib ki, 2023-cü ildə inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalıb: "Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaldıb. Keçən il Nazirlər Kabinetində inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində "İnflyasiya və qiymət monitorinqi" üzrə İşçi Qrup yaradılıb. Qiymətlərin artım dinamikasını izləməyə, vaxtında və çevik müdaxilələr etməyə imkan verən "Qiymət İzləmə Tətbiqi" sistemi yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə 8,8 faiz orta illik inflyasiyaya nail olunub". Əlavə edək ki, 2022-ci il fevralın 21-də Nazirlər Kabineti "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilib ki, idxal məhsulların bahalaşaraq qiymət artımını sürətləndirdiyi bir şəraitdə ölkədə makroiqtisadi sabitlik qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı, əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1d/460943294_85:0:2816:2048_1920x0_80_0_0_8e7457cfbaa56681df92e4c08a1233d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, ticarət, xərc, xərclər, pul, əli əsədov, dövlət statistika komitəsi, dövlət statistika komitəsi, inflyasiya, inflyasiya, artım
azərbaycan, ticarət, xərc, xərclər, pul, əli əsədov, dövlət statistika komitəsi, dövlət statistika komitəsi, inflyasiya, inflyasiya, artım
Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyib - Xərcin artım tempi azalır
Ölkədə adambaşına düşən orta aylıq xərcin artım tempi azalır. Belə ki, 2023-cü ildə illik müqayisədə adambaşına düşən orta aylıq xərc 52,4 manat artsa da, 2024-cü ilin yanvar ayında illik müqayisədə bu rəqəm 17 manata düşüb.
BAKI, 19 mart — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artsa da, artım tempində azalma müşahidə edilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 420 manat pul xərcləyib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 manat və ya 3,5 faiz çoxdur. Pərakəndə ticarətdə 420 manat xərcin 232 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 188 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Adambaşına düşən xərcin artımı azalır
Qeyd edək ki, Azərbaycanda adambaşına düşən orta aylıq xərcin artım tempi azalır. Belə ki, 2023-cü ildə illik müqayisədə adambaşına düşən orta aylıq xərc 52,4 manat artsa da, 2024-cü ilin yanvar ayında illik müqayisədə bu rəqəm 17 manata düşüb. Nəhayət, 2024-cü ilin yanvar-fevral aylarında adambaşına düşən orta aylıq xərcdə 14,5 manat artım olub. Rəqəmlərdən də göründüyü kimi, ölkədə adambaşına düşən orta aylıq xərcin artımı azalır.
İnflyasiya aşağı düşdükcə xərcin artım tempi də azalır
Ölkədə adambaşına düşən orta aylıq xərcin artım tempinin azalması inflyasiyanın azalması ilə bağlıdır. Belə ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda orta illik inflyasiya illik müqayisədə 1,3 faizə düşüb. Halbuki keçən il ölkədə 2022-ci illə müqayisədə orta illik inflyasiya 8,8 faiz təşkil edib. Beləliklə, ölkədə infyasiya kəskin şəkildə aşağı düşməkdədir. Əgər növbəti aylarda inflyasiyanın aşağı düşməsi davam edərsə, adambaşına düşən orta aylıq xərcin artım tempi də azalacaq.
Proqnozlar 2024-cü ildə dünyada inflyasiya təzyiqlərinin zəif templə azalacağını göstərir
İnflyasiya isə xarici və daxili amillərin təsirləri ilə azalıb. Qlobal iqtisadi aktivliyin zəifləməsi, eləcə də qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırıb. Valyuta bazarında tarazlığın qorunması, qəbul edilmiş pul siyasəti qərarları və hökumətin həyata keçirdiyi tədbirlər inflyasiya təzyiqlərininin azaldılmasında mühüm rol oynayıb. Proqnozlara görə, bu il qlobal iqtisadi artımın azalacağı, qlobal enerji və ərzaq qiymətlərinin sabitləşəcəyi, habelə ticarət tərəfdaşlarımızda inflyasiya proseslərinin səngiyəcəyi gözlənilir. Ümumilikdə, xarici şəraitin Azərbaycan iqtisadiyyatı üçün əlverişli olaraq qalacağı proqnozlaşdırılır. Proqnozlar 2024-cü ildə dünyada inflyasiya təzyiqlərinin zəif templərlə azalacağını göstərir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə dünya üzrə inflyasiyanın 2023-cü ildəki 6,9 faizdən 2024-cü ildə 5,8 faizə enəcəyi gözlənilir.
Pərakəndə ticarət dövriyyəsi artır
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8,5 milyard manatlıq, o cümlədən 4,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.
Ən çox ərzaqlara pul xərclənir
Bu ilin yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 15,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Əhalinin dərman xərcləri azalır
Bu ilin yanvar-fevral aylarında əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 206,3 milyon manat pul xərcləyib ki, bu da illik müqayisədə 1,9 faiz azdır.
Qiymət izləmə sistemi yaradılıb
Xatırladaq ki, Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı bildirib ki, 2023-cü ildə inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalıb: "Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaldıb. Keçən il Nazirlər Kabinetində inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində "İnflyasiya və qiymət monitorinqi" üzrə İşçi Qrup yaradılıb. Qiymətlərin artım dinamikasını izləməyə, vaxtında və çevik müdaxilələr etməyə imkan verən "Qiymət İzləmə Tətbiqi" sistemi yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə 8,8 faiz orta illik inflyasiyaya nail olunub".
Əlavə edək ki, 2022-ci il fevralın 21-də Nazirlər Kabineti "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilib ki, idxal məhsulların bahalaşaraq qiymət artımını sürətləndirdiyi bir şəraitdə ölkədə makroiqtisadi sabitlik qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı, əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır.