https://sputnik.az/20240319/azerbaycan-rusiyaya-306-min-eded-yumurta-tedaruk-edib-461528144.html
Azərbaycan Rusiyaya 25,3 milyon yumurta göndərib
Azərbaycan Rusiyaya 25,3 milyon yumurta göndərib
Sputnik Azərbaycan
Martın 18-nə qədər Türkiyədən Rusiyaya 12,3 milyon ədəd yumurta tədarük olunub. 19.03.2024, Sputnik Azərbaycan
2024-03-19T13:57+0400
2024-03-19T13:57+0400
2024-03-19T14:09+0400
yumurta
yumurta
iqtisadiyyat
azərbaycan
rusiya
ixrac
tədarük
"rosselxoznadzor"
qoşqar təhməzli
aqta
https://cdnn1.img.sputnik.az/img/42434/66/424346625_0:158:3000:1846_1920x0_80_0_0_8be3519c9d14e4a5cc1a7318d9334e23.jpg
BAKI, 19 mart - Sputnik. Rusiyaya ərzaq yumurtası tədarükü başlayandan indiyədək Azərbaycandan 25,3 milyon ədəd yumurta idxal edilib.Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.Bildirilib ki, martın 18-nə qədər Türkiyədən Rusiyaya 12,3 milyon ədəd yumurta tədarük olunub.Rusiyanın Federal Statistika İnstitutunun (“Rosstat”) martın 13-də açıqladığı məlumata görə, bu ilin əvvəlindən ölkədə toyuq yumurtası 3,47% ucuzlaşıb.Qeyd edək ki, Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası 2023-cü ilin dekabrın 19-da “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə göndərilib.04.03.24, 18:44Azərbaycan ötən həftə Rusiyaya 3 milyona yaxın yumurta ixrac edibRusiya ötən həftə Azərbaycandan 2,7 milyon ədəd, Türkiyədən isə 633,6 min yumurta idxal edib.Bu barədə "Rosselxoznadzor" məlumat yayıb.Məlumata görə, bununla da iki ölkədən yumurta idxalının ümumi həcmi 28,5 milyon ədədə çatıb.Rusiya Azərbaycandan bu məhsulun idxalına noyabrda qərar verib və ilk tədarük dekabrın ikinci yarısında olub.Rusiyanın Nazirlər Kabineti yanvarın 1-dən iyunun 30-na qədər 1,2 milyard yumurtanın rüsumsuz idxalına icazə verib. 19.02.24, 15:27Rusiya Azərbaycan və Türkiyədən 22,3 milyon ədəd yumurta alıbRusiyaya ötən həftə ərzində Azərbaycandan daha 2,1 milyon, Türkiyədən isə 316,8 min yumurta idxal edilib. Bu barədə "Rosselxoznadzor" məlumat yayıb. "Fevralın 12-dən 18-dək olan müddətdə Rusiyaya gələcək satış üçün "Yaraq-Kazmalyar" sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycandan 2,1 milyon ədəd, Türkiyədən isə 316,8 min ədəd ərzaqlıq yumurtanın növbəti partiyaları daxil olub" - məlumatda deyilir. Azərbaycandan məhsullar üçün bazarın açılması barədə qərar səlahiyyətli orqanlar tərəfindən ötən ilin noyabr ayında verilib, tədarüklərə dekabrın ikinci yarısında başlanılıb. Türkiyədən məhsullar tarif güzəştləri çərçivəsində idxal edilir. Nazirlər Kabineti yanvarın 1-dən iyunun 30-dək Rusiyaya 1,2 milyard toyuq yumurtasının rüsumsuz idxalına icazə verib. Nəticədə fevralın 19-na Azərbaycan və Türkiyədən Rusiyaya ümumilikdə 22,3 milyon ədəd ərzaqlıq yumurta idxal edilib. Rusiya Federasiyasında toyuq yumurtası keçən illə müqayisədə 1,5 dəfədən çox bahalaşıb. Bu il isə yumurtanın qiyməti aşağı düşməyə başlayıb."Rosstat"ın məlumatına görə, ilin əvvəlindən fevralın 5-dək yumurtanın qiyməti orta hesabla 2,58% aşağı düşüb.Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev bu yaxınlarda Yeni ildən sonra toyuq yumurtasının qiymətinin aşağı salınacağı gözləntilərindən danışaraq idxalı əsas ilkin şərtlərdən biri kimi göstərib. "Rosstat" bəyan edib ki, ümumilikdə, 2023-cü ildə Rusiyada 38,056 milyard toyuq yumurtası istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 1,8% çoxdur, dekabrda isə 3,212 milyard yumurta əldə edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 0,5% azdır.01.02.24, 20:00Azərbaycan bir aya Rusiyaya 4 milyondan çox yumurta göndəribBu ilin yanvar ayında Azərbaycan, Türkiyə və Belarusdan Rusiyaya 78,9 milyon yumurta idxal edilib.Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.Məlumata görə, bunun 4,2 milyonu Azərbaycanın payına düşüb.Tədarük başlayandan (2023-cü ilin dekabr ayı) Azərbaycandan 5,5 milyon, Türkiyədən 5,6 milyon, Belarusdan 69 milyon ədəd yumurta idxal edilib ki, bu da 1 il əvvələ nisbətən 1,7 dəfə çoxdur.23.12.23, 22:50Azərbaycan Rusiyaya 306 min ədəd yumurta tədarük edibAzərbaycan Rusiyaya ikinci partiya 306 min ədəd yumurta idxal edib.Bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.“Dekabrın 21-də Rusiyaya sonrakı satış üçün Azərbaycandan 18 ton (306 min ədəd) həcmində süfrə yumurtasının ikinci partiyası Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə idxal edilib”, - məlumatda qeyd olunub.Qurum bildirib ki, Azərbaycandan yumurta ixracı üçün Rusiya bazarının açılması barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin apardığı danışıqlardan sonra qəbul edilib.
https://sputnik.az/20231224/azerbaycandan-tohfe-rusiyada-yumurta-yeni-ilden-ucuzlasmaga-baslayacaq-461395459.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42434/66/424346625_164:0:2836:2004_1920x0_80_0_0_babd0f21c6e2eea2e3fffad907ba6774.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yumurta, yumurta, azərbaycan, rusiya, ixrac, tədarük, "rosselxoznadzor", qoşqar təhməzli, aqta, qoşqar təhməzli, qida təhlükəsizliyi agentliyi
yumurta, yumurta, azərbaycan, rusiya, ixrac, tədarük, "rosselxoznadzor", qoşqar təhməzli, aqta, qoşqar təhməzli, qida təhlükəsizliyi agentliyi
Azərbaycan Rusiyaya 25,3 milyon yumurta göndərib
13:57 19.03.2024 (Yenilənib: 14:09 19.03.2024) Martın 18-nə qədər Türkiyədən Rusiyaya 12,3 milyon ədəd yumurta tədarük olunub.
BAKI, 19 mart - Sputnik. Rusiyaya ərzaq yumurtası tədarükü başlayandan indiyədək Azərbaycandan 25,3 milyon ədəd yumurta idxal edilib.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Bildirilib ki, martın 18-nə qədər Türkiyədən Rusiyaya 12,3 milyon ədəd yumurta tədarük olunub.
Rusiyanın Federal Statistika İnstitutunun (“Rosstat”) martın 13-də açıqladığı məlumata görə, bu ilin əvvəlindən ölkədə toyuq yumurtası 3,47% ucuzlaşıb.
Qeyd edək ki, Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası 2023-cü ilin dekabrın 19-da “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə göndərilib.
Azərbaycan ötən həftə Rusiyaya 3 milyona yaxın yumurta ixrac edib
Rusiya ötən həftə Azərbaycandan 2,7 milyon ədəd, Türkiyədən isə 633,6 min yumurta idxal edib.
Bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
Məlumata görə, bununla da iki ölkədən yumurta idxalının ümumi həcmi 28,5 milyon ədədə çatıb.
Rusiya Azərbaycandan bu məhsulun idxalına noyabrda qərar verib və ilk tədarük dekabrın ikinci yarısında olub.
Rusiyanın Nazirlər Kabineti yanvarın 1-dən iyunun 30-na qədər 1,2 milyard yumurtanın rüsumsuz idxalına icazə verib.
Rusiya Azərbaycan və Türkiyədən 22,3 milyon ədəd yumurta alıb
Rusiyaya ötən həftə ərzində Azərbaycandan daha 2,1 milyon, Türkiyədən isə 316,8 min yumurta idxal edilib. Bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
"Fevralın 12-dən 18-dək olan müddətdə Rusiyaya gələcək satış üçün "Yaraq-Kazmalyar" sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycandan 2,1 milyon ədəd, Türkiyədən isə 316,8 min ədəd ərzaqlıq yumurtanın növbəti partiyaları daxil olub" - məlumatda deyilir.
Azərbaycandan məhsullar üçün bazarın açılması barədə qərar səlahiyyətli orqanlar tərəfindən ötən ilin noyabr ayında verilib, tədarüklərə dekabrın ikinci yarısında başlanılıb.
Türkiyədən məhsullar tarif güzəştləri çərçivəsində idxal edilir. Nazirlər Kabineti yanvarın 1-dən iyunun 30-dək Rusiyaya 1,2 milyard toyuq yumurtasının rüsumsuz idxalına icazə verib. Nəticədə fevralın 19-na Azərbaycan və Türkiyədən Rusiyaya ümumilikdə 22,3 milyon ədəd ərzaqlıq yumurta idxal edilib.
Rusiya Federasiyasında toyuq yumurtası keçən illə müqayisədə 1,5 dəfədən çox bahalaşıb. Bu il isə yumurtanın qiyməti aşağı düşməyə başlayıb.
"Rosstat"ın məlumatına görə, ilin əvvəlindən fevralın 5-dək yumurtanın qiyməti orta hesabla 2,58% aşağı düşüb.
Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev bu yaxınlarda Yeni ildən sonra toyuq yumurtasının qiymətinin aşağı salınacağı gözləntilərindən danışaraq idxalı əsas ilkin şərtlərdən biri kimi göstərib.
"Rosstat" bəyan edib ki, ümumilikdə, 2023-cü ildə Rusiyada 38,056 milyard toyuq yumurtası istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 1,8% çoxdur, dekabrda isə 3,212 milyard yumurta əldə edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 0,5% azdır.
Azərbaycan bir aya Rusiyaya 4 milyondan çox yumurta göndərib
Bu ilin yanvar ayında Azərbaycan, Türkiyə və Belarusdan Rusiyaya 78,9 milyon yumurta idxal edilib.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Məlumata görə, bunun 4,2 milyonu Azərbaycanın payına düşüb.
Tədarük başlayandan (2023-cü ilin dekabr ayı) Azərbaycandan 5,5 milyon, Türkiyədən 5,6 milyon, Belarusdan 69 milyon ədəd yumurta idxal edilib ki, bu da 1 il əvvələ nisbətən 1,7 dəfə çoxdur.
Azərbaycan Rusiyaya 306 min ədəd yumurta tədarük edib
Azərbaycan Rusiyaya ikinci partiya 306 min ədəd yumurta idxal edib.
Bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
“Dekabrın 21-də Rusiyaya sonrakı satış üçün Azərbaycandan 18 ton (306 min ədəd) həcmində süfrə yumurtasının ikinci partiyası Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə idxal edilib”, - məlumatda qeyd olunub.
Qurum bildirib ki, Azərbaycandan yumurta ixracı üçün Rusiya bazarının açılması barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin apardığı danışıqlardan sonra qəbul edilib.