CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 18 mart – FOTO

© Sputnik / Elnur Salayev18 марта
18 марта - Sputnik Azərbaycan, 1920, 18.03.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 18 mart — Sputnik. Martın 18-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Martın 18-də kimlər dünyaya gəlib?
Con Mollo (1931-2017) - ingilis geyim dizayneri, eyni zamanda hərbi-tarixi mövzulara və uniforma tarixinə dair kitabların müəllifidir. O, "Ulduz Döyüşləri. IV Epizod: Yeni Ümid" və "Qandi" filmləri üçün ən yaxşı kostyum dizaynına görə iki dəfə "Oskar" mükafatını qazanıb.
Boris Qraçevski (1949-2021) - Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, kinorejissor, aktyor və "Yeralaş" uşaq kinojurnalının direktorudur (2002-2021).
© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidBoris Qraçevski
Художественный руководитель журнала Ералаш Борис Грачевский - Sputnik Azərbaycan, 1920, 17.03.2024
Boris Qraçevski
Lük Besson (1959) fransız kinorejissoru, ssenaristi, prodüseri və yazıçısıdır. O, "Leon", "Onun adı Nikita idi", "Taksi", "Beşinci element" və s. filmləri çəkib.
© AP Photo / Thibault CamusLük Besson
Люк Бессон, французский кинорежиссер - Sputnik Azərbaycan, 1920, 17.03.2024
Lük Besson
Covanna Antonelli (1976) - braziliyalı aktrisa, model, teleaparıcı və müğənnidir. O, "Klon" televiziya serialında Jadi rolu sayəsində şöhrət qazanıb. Aktrisa həmçinin "Tropikana", "Ailə bağları", "Məni xilas et, Müqəddəs Georgi" və "Oyun qaydaları" televiziya seriallarında rol alıb.
© AP Photo / Silvia IzquierdoCovanna Antonelli
Covanna Antonelli  - Sputnik Azərbaycan, 1920, 17.03.2024
Covanna Antonelli
Tatyana Arntqolts (1982) - Rusiyanın teatr və kino aktrisasıdır. O, "Röya", "Təmiz nümunə", "Cazibə" və s. televiziya seriallarında rol alıb.
© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidTatyana Arntqolts
Tatyana Arntqolts  - Sputnik Azərbaycan, 1920, 17.03.2024
Tatyana Arntqolts
Martın 18-də dünyada baş verən tarixi hadisələr
1871-ci ildə cəmi 72 gün davam edən Paris Kommunası elan edilib. Bu, tarixdə proletariat diktaturasının ilk nümunəsi olub.
1931-ci ildə ABŞ-da "Schick" şirkəti ilk elektrik üzqırxan aparatının istehsalına başlayıb.
© Sputnik / Сергей Пятаков / Mediabanka keçidElektrik üzqırxan
Выставка МИР! ДРУЖБА! ДИЗАЙН! История российского промышленного дизайна в Москве - Sputnik Azərbaycan, 1920, 17.03.2024
Elektrik üzqırxan
1965-ci ildə dünyada ilk dəfə olaraq sovet kosmonavtı Aleksey Leonov kosmik gəminin kabinəsini tərk edərək kosmosa çıxıb və orada 12 dəqiqə qalıb.
© Sputnik / Mediabanka keçidKosmonavt Aleksey Leonov açıq kosmosda
Космонавт Алексей Леонов в открытом космосе - Sputnik Azərbaycan, 1920, 17.03.2024
Kosmonavt Aleksey Leonov açıq kosmosda
1967-ci ildə Dünya okeanının neftlə çirklənməsi üzündən ilk ekoloji fəlakət baş verib. Naviqasiya xətasına görə Liberiya bayrağı altında üzən və 120 min ton neft daşıyan "Torrey Canyon" tankeri Böyük Britaniyanın cənub-qərb sahillərindəki Kornuoll yarımadası yaxınlığında sualtı qayaya çırpılıb. Demək olar ki, bütün neft dənizə tökülüb və neft ləkələri təxminən min kvadrat kilometr əraziyə yayılıb.
2009-cu ildə Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum keçirilib. Nəticədə Əsas Qanunun 29 maddəsinə 41 dəyişiklik edilib.
CC BY-SA 4.0 / Najaf Aliyar / Konstitusiya kitabıKonstitusiya kitabı, arxiv şəkli
Konstitusiya kitabı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.03.2024
Konstitusiya kitabı, arxiv şəkli
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0