Голосование на выборах президента России в Новосибирске  - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Rusiyada prezident seçkiləri

Rusiya prezident seçkilərində xaricdəki seçicilərin fəallığı misli görünməmiş həddə olub

© Sputnik / Станислав Красильников / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 18.03.2024
Abunə olmaq
Zaxarova deyib ki, Moskva vaxtı ilə saat 08:30-a olan məlumata görə, xarici ölkələrdə keçirilən prezident seçkilərində 372 779 nəfər iştirak edib və bu, misli görünməmiş rəqəmlərdir.
BAKI, 18 mart — Sputnik. Moskva vaxtı ilə saat 08:30-a olan məlumata görə, xarici ölkələrdə keçirilən Rusiya prezident seçkilərində 372 min nəfər iştirak edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Diplomatın sözlərinə görə, bu cür rəqəmlər misli görünməmiş rəqəmlərdir. O, "Birinci Kanal"ın efirində bildirib ki, seçkilərdə 372 779 nəfər iştirak edib, lakin məlumatlar yekun deyil.
"Moskva vaxtı ilə saat 08:30-a olan məlumata görə, xarici ölkələrdə keçirilən prezident seçkilərində 372 779 nəfər iştirak edib və bu, misli görünməmiş rəqəmlərdir" - diplomat vurğulayıb.
Bu yaxınlarda Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova ölkədə keçirilən prezident seçkilərində ən yüksək fəallığa səbəb olan Rusiya xalqının birləşməsinə görə Qərbə təşəkkür edib. O, həmçinin bildirib ki, seçici fəallığının yüksək olmasına üç gün davam edən səsvermə kömək edib və bu, öz seçimini ifadə etmək imkanlarını genişləndirir.
Xəbər lenti
0