https://sputnik.az/20240318/pamfilova-rusiyada-kecirilen-prezident-seckilerinde-fealliq-rekord-hedde-olub-463362156.html
Pamfilova: Rusiyada keçirilən prezident seçkilərində fəallıq rekord həddə olub
Pamfilova: Rusiyada keçirilən prezident seçkilərində fəallıq rekord həddə olub
Sputnik Azərbaycan
Rusiya MSK rəhbəri həmçinin bidlirib ki, prezident seçkilərində səsvermə başlayandan bəri məsafədən elektron səsvermə sistemi DDoS-hücumuna məruz qalıb. 18.03.2024, Sputnik Azərbaycan
2024-03-18T23:44+0400
2024-03-18T23:44+0400
2024-03-18T23:44+0400
rusiya
rusiyada prezident seçkiləri
prezident seçkiləri
seçici fəallığı
rekord
ella pamfilova
mərkəzi seçki komissiyası
mərkəzi seçki komissiyası
https://cdnn1.img.sputnik.az/img/07e8/03/12/463361987_0:160:3074:1889_1920x0_80_0_0_cbd89abd42a21c0e83270c188bd1c152.jpg
BAKI, 18 mart — Sputnik. Rusiyada keçiriləcən 2024-cü il prezident seçkilərində seçici fəallığı 77,44% təşkil edərək Rusiya Federasiyasının müasir tarixində rekord göstərici olub. Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Ella Pamfilova məlumat verib. MSK-nın məlumatına görə, Moskva vaxtı ilə saat 10:00-da Rusiya prezident seçkilərində ümumilikdə 87 milyon 113 min 127 (87113127 səs) nəfər səs verib. "İlk dəfədir ki, bizdə seçici fəallığı rekord qırır, bu misli görünməmiş rəqəmlərdir və indiyədək heç vaxt belə bir (77,44%) göstərici olmayıb. Biz təhlil etdik, ümumiyyətlə, bu, müasir Rusiyanın tarixində ilk dəfə baş verir" - Pamfilova qeyd edib. Prezident seçkilərində iştirak üçün əvvəlki rekord 1991-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) prezidenti seçilərkən olub və bu 74,66% təşkil edib. Ondan əvvəl, 2008-ci ildə olub, bu isə 69,81% olaraq rekord müəyyən edilmişdir. Pamfilova bu yaxınlarda bildirib ki, Rusiya Federasiyasında prezident seçkilərinin təşkili ilə bağlı demək olar ki, heç bir şikayət daxil olmayıb. Rusiya MSK rəhbəri həmçinin qeyd edib ki, prezident seçkilərində səsvermə başlayandan bəri məsafədən elektron səsvermə sistemi 420 mindən çox DDoS-hücumuna məruz qalıb. Pamfilova bu məlumatı martın 18-də Rusiya Mərkəzi Seçki Komissiyasının informasiya mərkəzində bildirərək, əsas zərbənin səsvermə portalına dəydiyini vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/12/463361987_172:0:2903:2048_1920x0_80_0_0_9f8c1cf56218523df270529dabfb2c55.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, prezident seçkiləri, seçici fəallığı, rekord, ella pamfilova, mərkəzi seçki komissiyası, mərkəzi seçki komissiyası
rusiya, prezident seçkiləri, seçici fəallığı, rekord, ella pamfilova, mərkəzi seçki komissiyası, mərkəzi seçki komissiyası
Pamfilova: Rusiyada keçirilən prezident seçkilərində fəallıq rekord həddə olub
Rusiya MSK rəhbəri həmçinin bidlirib ki, prezident seçkilərində səsvermə başlayandan bəri məsafədən elektron səsvermə sistemi DDoS-hücumuna məruz qalıb.
BAKI, 18 mart — Sputnik. Rusiyada keçiriləcən 2024-cü il prezident seçkilərində seçici fəallığı 77,44% təşkil edərək Rusiya Federasiyasının müasir tarixində rekord göstərici olub.
Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Ella Pamfilova məlumat verib.
MSK-nın məlumatına görə, Moskva vaxtı ilə saat 10:00-da Rusiya prezident seçkilərində ümumilikdə 87 milyon 113 min 127 (87113127 səs) nəfər səs verib.
"İlk dəfədir ki, bizdə seçici fəallığı rekord qırır, bu misli görünməmiş rəqəmlərdir və indiyədək heç vaxt belə bir (77,44%) göstərici olmayıb. Biz təhlil etdik, ümumiyyətlə, bu, müasir Rusiyanın tarixində ilk dəfə baş verir" - Pamfilova qeyd edib.
Prezident seçkilərində iştirak üçün əvvəlki rekord 1991-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) prezidenti seçilərkən olub və bu 74,66% təşkil edib. Ondan əvvəl, 2008-ci ildə olub, bu isə 69,81% olaraq rekord müəyyən edilmişdir.
Pamfilova bu yaxınlarda bildirib ki, Rusiya Federasiyasında prezident seçkilərinin təşkili ilə bağlı demək olar ki, heç bir şikayət daxil olmayıb.
Rusiya MSK rəhbəri həmçinin qeyd edib ki, prezident seçkilərində səsvermə başlayandan bəri məsafədən elektron səsvermə sistemi 420 mindən çox DDoS-hücumuna məruz qalıb. Pamfilova bu məlumatı martın 18-də Rusiya Mərkəzi Seçki Komissiyasının informasiya mərkəzində bildirərək, əsas zərbənin səsvermə portalına dəydiyini vurğulayıb.