https://sputnik.az/20240318/nato-bas-katibinin-qafqaza-seferi-baslayib-463337594.html
NATO Baş katibinin Azərbaycan səfəri başa çatıb
NATO Baş katibinin Azərbaycan səfəri başa çatıb
Sputnik Azərbaycan
NATO-nun rəsmi saytının yazdığına görə, Stoltenberq Bakıdan sonra martın 18-də Gürcüstana, 19-da isə Ermənistana səfər edəcək. 18.03.2024, Sputnik Azərbaycan
2024-03-18T13:47+0400
2024-03-18T13:47+0400
2024-03-18T14:12+0400
azərbaycan xəbərləri
yens stoltenberq
azərbaycan
səfər
https://cdnn1.img.sputnik.az/img/07e8/03/11/463342218_0:187:2976:1861_1920x0_80_0_0_6ebd720d71f7d6ba6b2a3a69e8de394b.jpg
BAKI, 18 mart - Sputnik. NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana rəsmi səfəri martın 18-də başa çatıb.Azərbaycanın və hərbi ittifaqın bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.Qeyd edək ki, NATO Baş katibinin Azərbaycana səfəri martın 17-də başlayıb. Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü olub. Onlar mətbuata bəyanatla çıxış ediblər.NATO-nun rəsmi saytının yazdığına görə, Stoltenberq Bakıdan sonra martın 18-də Gürcüstana, 19-da isə Ermənistana səfər edəcək.17.03.24, 18:51NATO Baş katibinin Qafqaza səfəri başlayıbNATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri başlayıb.Bu barədə Alyansın X hesabında paylaşım edilib.Qeyd edilib ki, NATO Baş katibi Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcək.Stoltenberq səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək, Azərbaycanla Şimali Atlantika Alyansı arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/11/463342218_123:0:2854:2048_1920x0_80_0_0_f63a3c320bb33437f83edd280ebac371.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yens stoltenberq, azərbaycan, səfər
yens stoltenberq, azərbaycan, səfər
NATO Baş katibinin Azərbaycan səfəri başa çatıb
13:47 18.03.2024 (Yenilənib: 14:12 18.03.2024) NATO-nun rəsmi saytının yazdığına görə, Stoltenberq Bakıdan sonra martın 18-də Gürcüstana, 19-da isə Ermənistana səfər edəcək.
BAKI, 18 mart - Sputnik. NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana rəsmi səfəri martın 18-də başa çatıb.
Azərbaycanın və hərbi ittifaqın bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.
Qeyd edək ki, NATO Baş katibinin Azərbaycana səfəri martın 17-də başlayıb.
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü olub.
Onlar mətbuata bəyanatla çıxış ediblər.
NATO-nun rəsmi saytının yazdığına görə, Stoltenberq Bakıdan sonra martın 18-də Gürcüstana, 19-da isə Ermənistana səfər edəcək.
NATO Baş katibinin Qafqaza səfəri başlayıb
NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri başlayıb.
Bu barədə Alyansın X hesabında paylaşım edilib.
Qeyd edilib ki, NATO Baş katibi Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcək.
Stoltenberq səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək, Azərbaycanla Şimali Atlantika Alyansı arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.