https://sputnik.az/20240318/kiraye-menzil-bazarinda-qefil-bahalasma-463182347.html
Kirayə mənzil bazarında qəfil bahalaşma
Kirayə mənzil bazarında qəfil bahalaşma
Sputnik Azərbaycan
Ekspert söküntü sürətləndikcə, belə mənzillərin kirayə bazarından çıxdığını, yeni binalarda isə kirayə mənzillərin qiymətinin baha olduğunu söyləyib. 18.03.2024, Sputnik Azərbaycan
2024-03-18T09:18+0400
2024-03-18T09:18+0400
2024-03-18T09:18+0400
kirayə
cəmiyyət
mənzil bazarı
mənzil
kirayə mənzil
bahalaşma
bahalaşma
ekspert
ramil osmanlı
ramil osmanlı
https://cdnn1.img.sputnik.az/img/42272/51/422725189_0:178:3325:2048_1920x0_80_0_0_9b16a7d4d150709ae9d6b8a289363ae4.jpg
BAKI, 18 mart — Sputnik. "Bakıda köhnə yaşayış binalarının, gecəqonduların sökülməsi kirayə mənzil bazarında təklif portfelini məhdudlaşdırıb. Şəhərsalma tədbirlərinin sürətlənməsi paytaxtda kirayə mənzil bazarında bahalaşmaya səbəb olub". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı bildirib. O, son vaxtlar kirayə mənzillərin qiymətinin bahalaşmasını paytaxtda söküntü işlərinin sürətlənməsi ilə izah edib. Bildirib ki, hazırda metrostansiyalara yaxın ərazilərdə kirayə evlərin qiymətində kəskin artım müşahidə olunur. "Söküntü aparılan ərazilərdə qiymət artımı müşahidə olunur. Çünki, o ərazilərdə artıq ucuz qiymətə kirayə evlərin sayı kəskin azalıb. Hazırda kirayə bazarı üçün aktiv dövr sayılmasa da, kirayə evlərin qiymətində bahalaşma var. Bu da şəhərsalma tədbirlərinin sürətlənməsi ilə bağlıdır", - Ramil Osmanlı bildirib. O, qeyd edib ki, son illər Bakının bütün ərazilırində kirayə mənzillərdə qiymət artımı müşahidə olunur: "Çünki, təklif portfeli məhdudlaşır. "Sovetski", "Kubinka"dan sonra "Yasamal"da da köhnə evlərin söküntüsünə başlanılıb. Söküntü sürətlənərsə, Yasamal rayonunda bir otaqlı mənzilin aylıq kirayə haqqı 500-550 qiymətdən ucuz olmayacaq". R. Osmanlı deyib ki, hazırda kirayə mənzil bazarında ucuz kirayələrin mütləq əksəriyyəti köhnə binalardakı mənzillər və həyət evləridir. Ekspert söküntü sürətləndikcə, belə mənzillərin kirayə bazarından çıxdığını, yeni binalarda isə kirayə mənzillərin qiymətinin baha olduğunu söyləyib. Qeyd edək ki, hazırda Yasamal rayonu ərazisində, metronun İnşaatçılar istiqamətində yeni tikililərdə iki otaqlı kirayə mənzillərin qiyməti 650-1000 manatdır. 3 otaqlı kirayə evlər isə bu ərazidə 1200-1600 manata təklif olunur. Bu ərazidə köhnə binalarda iki otaqlı mənzillərin aylıq icarə haqqı 400-450 manatdır. Elmlər Akademiyası stansiyası ərazisində isə kirayə mənzillərin qiyməti köhnə binlarda 650 manat, yeni tikililərdə 1100-1700 manat civarındadır. Rieltorlar da Sputnik Azərbaycan-a ucuz kirayə mənzillərin azaldığını təsdiqləyiblər. Bildiriblər ki, ötən il kirayə mənzil bazarında 300 manata evlər vardısa, artıq bu qiymətə kirayə ev tapmaq mümkün deyil. Məlumat üçün bildirək ki, əhali proqnozları əsasında aparılmış hesablamalara görə, 2040-cı ilədək Bakıda təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Baş planda əhalinin mənzil tələbatının ödənilməsi üçün təqribən 9 000 ha sahə nəzərdə tutulub. Bu ərazi isə təxminən 200,0 min mənzil deməkdir. Bu, 2027-ci ilədək yaranacaq 49,97 min, 2040-cı ilədək yaranacaq 92,85 min mənzil tələbatını ödəmək üçün kifayət edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42272/51/422725189_221:0:2952:2048_1920x0_80_0_0_a23b87f5e6c4675dc7a6b56606b79702.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
kirayə, mənzil bazarı, mənzil, kirayə mənzil, bahalaşma, bahalaşma, ekspert, ramil osmanlı, ramil osmanlı
kirayə, mənzil bazarı, mənzil, kirayə mənzil, bahalaşma, bahalaşma, ekspert, ramil osmanlı, ramil osmanlı
Kirayə mənzil bazarında qəfil bahalaşma
Ekspert söküntü sürətləndikcə, belə mənzillərin kirayə bazarından çıxdığını, yeni binalarda isə kirayə mənzillərin qiymətinin baha olduğunu söyləyib.
BAKI, 18 mart — Sputnik. "Bakıda köhnə yaşayış binalarının, gecəqonduların sökülməsi kirayə mənzil bazarında təklif portfelini məhdudlaşdırıb. Şəhərsalma tədbirlərinin sürətlənməsi paytaxtda kirayə mənzil bazarında bahalaşmaya səbəb olub".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı bildirib.
O, son vaxtlar kirayə mənzillərin qiymətinin bahalaşmasını paytaxtda söküntü işlərinin sürətlənməsi ilə izah edib. Bildirib ki, hazırda metrostansiyalara yaxın ərazilərdə kirayə evlərin qiymətində kəskin artım müşahidə olunur.
"Söküntü aparılan ərazilərdə qiymət artımı müşahidə olunur. Çünki, o ərazilərdə artıq ucuz qiymətə kirayə evlərin sayı kəskin azalıb. Hazırda kirayə bazarı üçün aktiv dövr sayılmasa da, kirayə evlərin qiymətində bahalaşma var. Bu da şəhərsalma tədbirlərinin sürətlənməsi ilə bağlıdır", - Ramil Osmanlı bildirib.
O, qeyd edib ki, son illər Bakının bütün ərazilırində kirayə mənzillərdə qiymət artımı müşahidə olunur: "Çünki, təklif portfeli məhdudlaşır. "Sovetski", "Kubinka"dan sonra "Yasamal"da da köhnə evlərin söküntüsünə başlanılıb. Söküntü sürətlənərsə, Yasamal rayonunda bir otaqlı mənzilin aylıq kirayə haqqı 500-550 qiymətdən ucuz olmayacaq".
R. Osmanlı deyib ki, hazırda kirayə mənzil bazarında ucuz kirayələrin mütləq əksəriyyəti köhnə binalardakı mənzillər və həyət evləridir. Ekspert söküntü sürətləndikcə, belə mənzillərin kirayə bazarından çıxdığını, yeni binalarda isə kirayə mənzillərin qiymətinin baha olduğunu söyləyib.
Ekspert deyib ki, Baş planın təsdiqi ilə 2040-cı ilə qədər paytaxtda söküntü və tikinti işləri aparılacaq. Bu da öz növbəsində mənzil qiymətlərinə öz təsirini göstərəcək.
Qeyd edək ki, hazırda Yasamal rayonu ərazisində, metronun İnşaatçılar istiqamətində yeni tikililərdə iki otaqlı kirayə mənzillərin qiyməti 650-1000 manatdır. 3 otaqlı kirayə evlər isə bu ərazidə 1200-1600 manata təklif olunur. Bu ərazidə köhnə binalarda iki otaqlı mənzillərin aylıq icarə haqqı 400-450 manatdır.
Elmlər Akademiyası stansiyası ərazisində isə kirayə mənzillərin qiyməti köhnə binlarda 650 manat, yeni tikililərdə 1100-1700 manat civarındadır.
Rieltorlar da Sputnik Azərbaycan-a ucuz kirayə mənzillərin azaldığını təsdiqləyiblər. Bildiriblər ki, ötən il kirayə mənzil bazarında 300 manata evlər vardısa, artıq bu qiymətə kirayə ev tapmaq mümkün deyil.
Məlumat üçün bildirək ki, əhali proqnozları əsasında aparılmış hesablamalara görə, 2040-cı ilədək Bakıda təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Baş planda əhalinin mənzil tələbatının ödənilməsi üçün təqribən 9 000 ha sahə nəzərdə tutulub. Bu ərazi isə təxminən 200,0 min mənzil deməkdir. Bu, 2027-ci ilədək yaranacaq 49,97 min, 2040-cı ilədək yaranacaq 92,85 min mənzil tələbatını ödəmək üçün kifayət edəcək.