https://sputnik.az/20240318/baki-sakini-qaxda-100-min-manatliq-deleduzluga-gore-saxlanilib-463346735.html
Bakı sakini Qaxda 100 min manatlıq dələduzluğa görə saxlanılıb
Bakı sakini Qaxda 100 min manatlıq dələduzluğa görə saxlanılıb
Sputnik Azərbaycan
Məhkəmənin qərarı ilə K.İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. 18.03.2024, Sputnik Azərbaycan
2024-03-18T16:22+0400
2024-03-18T16:22+0400
2024-03-18T16:29+0400
dələduzluq
cəmiyyət
qax
qax rayon polis şöbəsi
şəki
https://cdnn1.img.sputnik.az/img/07e8/01/07/461805782_0:160:3072:1888_1920x0_80_0_0_31d58a811c9374bd52b96a6bb188fd74.jpg
BAKI, 18 mart — Sputnik. Qax Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlardan daxil olmuş müraciətlər əsasında dələduzluq etməkdə şübhəli bilinən 68 yaşlı Bakı şəhər sakini Karlen İsgəndərovu saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum olunmuş K.İsgəndərov zərərçəkənlərin etibarından sui-istifadə edərək onları müxtəlif dövlət qurumlarında işə düzəltmək, eləcə də digər vədlərlə aldadaraq ümumilikdə 100 min manata yaxın vəsait ələ keçirib. Məhkəmənin qərarı ilə K.İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə və ərazi polis orqanına müraciət edə bilərlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/07/461805782_171:0:2902:2048_1920x0_80_0_0_42b0091654617214906adb3976f76ab7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dələduzluq, qax, qax rayon polis şöbəsi, şəki
dələduzluq, qax, qax rayon polis şöbəsi, şəki
Bakı sakini Qaxda 100 min manatlıq dələduzluğa görə saxlanılıb
16:22 18.03.2024 (Yenilənib: 16:29 18.03.2024) Məhkəmənin qərarı ilə K.İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
BAKI, 18 mart — Sputnik. Qax Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlardan daxil olmuş müraciətlər əsasında dələduzluq etməkdə şübhəli bilinən 68 yaşlı Bakı şəhər sakini Karlen İsgəndərovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum olunmuş K.İsgəndərov zərərçəkənlərin etibarından sui-istifadə edərək onları müxtəlif dövlət qurumlarında işə düzəltmək, eləcə də digər vədlərlə aldadaraq ümumilikdə 100 min manata yaxın vəsait ələ keçirib.
Məhkəmənin qərarı ilə K.İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə və ərazi polis orqanına müraciət edə bilərlər.