Hesab edirəm ki, Cənubi Qafqazda çoxdandır gözlənilən sülh bərqərar olacaq - Prezident
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər
Abunə olmaq
Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
BAKI, 17 mart - Sputnik. Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr verib. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında söyləyib.
“Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk” - deyə dövlətimizin başçısı əlavə edib.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər
Prezident İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər
Prezident bildirib ki, Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq.
Dövlətimizin başçısı, həmçinin qeyd edib:
“Bu gün isə hesab edirəm və ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək. Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq”.
İ.Əliyev bildirib ki, hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik.
“Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub” - deyə dövlətimizin başçısı vurğulayıb.
NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə təkbətək görüşü olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.