https://sputnik.az/20240317/rusiyanin-sefirliyi-rf-vetendaslarinin-prezident-seckilerinde-istirak-huququnu-temin-edir-463333791.html
Rusiyanın səfirliyi RF vətəndaşlarının prezident seçkilərində iştirak hüququnu təmin edir
Rusiyanın səfirliyi RF vətəndaşlarının prezident seçkilərində iştirak hüququnu təmin edir
Sputnik Azərbaycan
Səfirlik əməkdaşları hamının səsvermədə iştirakını təmin edir. 17.03.2024, Sputnik Azərbaycan
2024-03-17T17:11+0400
2024-03-17T17:11+0400
2024-03-17T17:11+0400
rusiyada prezident seçkiləri
seçki
rusiya
prezident
https://cdnn1.img.sputnik.az/img/07e8/03/11/463316413_0:161:3071:1888_1920x0_80_0_0_e5e83c2c9a184500058c6f773ddb8f19.jpg
BAKI, 17 mart - Sputnik. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində RF Prezidentinin növbədənkənar seçkiləri ilə bağlı yerli səsvermə davam edir.Əvvəl də bildirildiyi kimi, səfirlik mobilliyi az olanlara da səsvermə hüququnun həyata keçirilməsi üçün şərait yaradır.Rusiyanın Azərbaycandakı səfirliyi keçmiş voleybolçu Elen Həsənovaya da baş çəkərək onun prezident seçkilərində səs verməsinə şərait yaradıb.Keçmiş idmançı 1-ci qrup əlil olduğundan o, səyyar səsvermə qutusu vasitəsilə səsvermədə iştirak edib.Qeyd edək ki, Azərbaycan tərəfi Gəncə şəhərində və Xocalı şəhərində Rusiya sülhməramlı kontingentinin bazasında seçkilərdən bir neçə gün əvvəl erkən səsvermənin təşkilinə kömək edib.Rusiyanın Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/11/463316413_170:0:2901:2048_1920x0_80_0_0_1d5b5f2860f7dc598b5aa0f1db47d42f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
seçki, rusiya, prezident
Rusiyanın səfirliyi RF vətəndaşlarının prezident seçkilərində iştirak hüququnu təmin edir
Səfirlik əməkdaşları hamının səsvermədə iştirakını təmin edir.
BAKI, 17 mart - Sputnik. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində RF Prezidentinin növbədənkənar seçkiləri ilə bağlı yerli səsvermə davam edir.
Əvvəl də bildirildiyi kimi, səfirlik mobilliyi az olanlara da səsvermə hüququnun həyata keçirilməsi üçün şərait yaradır.
Rusiyanın Azərbaycandakı səfirliyi keçmiş voleybolçu Elen Həsənovaya da baş çəkərək onun prezident seçkilərində səs verməsinə şərait yaradıb.
Keçmiş idmançı 1-ci qrup əlil olduğundan o, səyyar səsvermə qutusu vasitəsilə səsvermədə iştirak edib.
Qeyd edək ki, Azərbaycan tərəfi Gəncə şəhərində və Xocalı şəhərində Rusiya sülhməramlı kontingentinin bazasında seçkilərdən bir neçə gün əvvəl erkən səsvermənin təşkilinə kömək edib.
Rusiyanın Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.