https://sputnik.az/20240317/rusiyanin-azerbaycandaki-sefirliyinin-qarsisinda-boyuk-novbe-yaranib-463333296.html
Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında böyük növbə yaranıb
Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında böyük növbə yaranıb
Sputnik Azərbaycan
Bakıda Rusiya prezident seçkilərində səs vermək istəyənlərin sayı bir neçə dəfə artıb. 17.03.2024, Sputnik Azərbaycan
2024-03-17T16:20+0400
2024-03-17T16:20+0400
2024-03-17T16:58+0400
rusiyada prezident seçkiləri
rusiya
seçki
prezident
https://cdnn1.img.sputnik.az/img/07e8/03/11/463332029_0:487:960:1027_1920x0_80_0_0_017155111f9f79c0666086d853e00378.jpg
BAKI, 17 mart - Sputnik. Azərbaycanda Rusiya prezident seçkilərində səsvermə həmişəki kimi keçirilir və yüksək fəallıq müşahidə olunur. Bunu Rusiyada prezident seçkiləri çərçivəsində Bakıda təşkil olunmuş 8017 saylı seçki məntəqəsi üzrə məntəqə seçki komissiyasının (MSK) sədr müavini Petr Volokovıx bildirib.Qeyd edək ki, Rusiyada keçiriləcək prezident seçkilərində Bakıda səs vermək istəyənlərin sayı bir neçə dəfə artıb.Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində RF Prezidentinin növbədənkənar seçkiləri ilə bağlı yerli vaxtla saat 08:00-da səsvermə başlayıb. Sputnik Azərbaycan-ın müxbiri xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyinin səsvermə prosesinin təşkil olunduğu konsulluq şöbəsinin qarşısında böyük növbə yaranıb.Rusiyanın Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/11/463332029_0:433:960:1153_1920x0_80_0_0_b8e848c3074628ed21af3a7bb8861209.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, seçki, prezident
Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında böyük növbə yaranıb
16:20 17.03.2024 (Yenilənib: 16:58 17.03.2024) Bakıda Rusiya prezident seçkilərində səs vermək istəyənlərin sayı bir neçə dəfə artıb.
BAKI, 17 mart - Sputnik. Azərbaycanda Rusiya prezident seçkilərində səsvermə həmişəki kimi keçirilir və yüksək fəallıq müşahidə olunur. Bunu Rusiyada prezident seçkiləri çərçivəsində Bakıda təşkil olunmuş 8017 saylı seçki məntəqəsi üzrə məntəqə seçki komissiyasının (MSK) sədr müavini Petr Volokovıx bildirib.
"Seçici fəallığı yüksəkdir. Artıq 600-ə yaxın insan səs verib. Təxminən bir o qədər də növbə gözləyir" - o, bildirib.
Qeyd edək ki, Rusiyada keçiriləcək prezident seçkilərində Bakıda səs vermək istəyənlərin sayı bir neçə dəfə artıb.
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində RF Prezidentinin növbədənkənar seçkiləri ilə bağlı yerli vaxtla saat 08:00-da səsvermə başlayıb. Sputnik Azərbaycan-ın müxbiri xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyinin səsvermə prosesinin təşkil olunduğu konsulluq şöbəsinin qarşısında böyük növbə yaranıb.
Rusiyanın Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.