Голосование на выборах президента России в Новосибирске  - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Rusiyada prezident seçkiləri

Rusiyanın Azərbaycandakı səfirliyində səsəvermə necə keçir

Abunə olmaq
Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
BAKI, 17 mart - Sputnik. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində RF Prezidentinin növbədənkənar seçkiləri ilə bağlı yerli vaxtla saat 08:00-da səsvermə başlayıb. Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycandakı rusiyalıları RF prezidenti seçkilərində səs verməyə çağırıb.

"Bu gün, martın 17-də Rusiya Federasiyasında və xaricdə fəaliyyət göstərən qurumlarımızda RF Prezidenti seçkiləri keçirilir. Səsvermə yerli vaxtla səhər saat 8:00-da başlayıb və 20:00-a qədər fasiləsiz davam edəcək. Biz hazırda Azərbaycanda olan Rusiya Federasiyasının bütün vətəndaşlarını ölkəmizin gələcəyinə səs verməyə çağırırıq" - səfir bildirib.

"Rossotrudniçestvo" təşkilatının Azərbaycandakı nümayəndəliyinin və Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov da səsvermədə iştirakından danışıb.

"Səhər həyat yoldaşımla düşündük ki, gəlib dərhal ölkəmizdə sabitliyə səs verək, ölkəmiz çiçəklənsin, uşaqlarımız rahat yatsın" - İ.Zinnurov bildirib.

Səsvermədə milliyyətcə azərbaycanlı olan Rusiya vətəndaşları da iştirak edir.

"Mən Yakutskda yaşayıram, Rusiya vətəndaşıyam. Bura fevralın 20-də gəlmişəm. Bir vətəndaş kimi mənim borcumdur və mən səs verməliyəm. Səsverməyə erkən gəlmişəm, tezliklə Novruz gəlir, rayona getməliyəm, qohumlarım ordadır. Ona görə də səhərdən gəlmişəm" - seçici Uruşan Rüstəmov deyib.

Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0