Festivalın keçirilməsində məqsəd milli mədəniyyətimizi və mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz ənənələrinin gənclər arasında təbliğ olunması... 17.03.2024, Sputnik Azərbaycan
BAKI, 17 mart - Sputnik. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində baharın gəlişi münasibətilə “NovruzFest” keçirilib.Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, tədbirin açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ramil Cabbarov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxış ediblər, daha sonra qonaqlar Gənclər evlərinin Novruz sərgisi ilə tanış olublar.Festivalın keçirilməsində məqsəd milli mədəniyyətimizi və mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz ənənələrinin gənclər arasında təbliğ olunması, adətlərin yaşadılması, region gənclərinin sosial mədəni həyatına, bayram əhvali-ruhiyyəsini artırılmasına töhfə vermək, eyni zamanda, insanlar arasında birlik və mehribanlığı möhkəmləndirməkdir.Tədbirin keçirildiyi ərazi Novruz atributları ilə bəzədilib. Burada respublikadakı Gənclər evlərinin Novruz sərgisi, Lənkəran Gənclər evinin qarşısında yerləşən ərazidə Novruz səhnəsi, həmçinin bölgələrimizdən olan gənclərin iştirakı ilə milli-mənəvi dəyərlərlə bağlı fəaliyyətlər, folklor, musiqi və tanınan müğənnilər tərəfindən ifalar, nümunəvi idman çıxışları və dronlarla hazırlanan şou nümayiş etdirilib.Festivala 3000-dən çox insan qoşulub, Gənclər Paytaxtının maskotları olan simvolik limon və çay da festivala rəng qatıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Festivalın keçirilməsində məqsəd milli mədəniyyətimizi və mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz ənənələrinin gənclər arasında təbliğ olunması, adətlərin yaşadılmasıdır.
BAKI, 17 mart - Sputnik. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində baharın gəlişi münasibətilə “NovruzFest” keçirilib.
Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, tədbirin açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ramil Cabbarov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxış ediblər, daha sonra qonaqlar Gənclər evlərinin Novruz sərgisi ilə tanış olublar.
Festivalın keçirilməsində məqsəd milli mədəniyyətimizi və mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz ənənələrinin gənclər arasında təbliğ olunması, adətlərin yaşadılması, region gənclərinin sosial mədəni həyatına, bayram əhvali-ruhiyyəsini artırılmasına töhfə vermək, eyni zamanda, insanlar arasında birlik və mehribanlığı möhkəmləndirməkdir.
Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı keçirilib
Tədbirin keçirildiyi ərazi Novruz atributları ilə bəzədilib. Burada respublikadakı Gənclər evlərinin Novruz sərgisi, Lənkəran Gənclər evinin qarşısında yerləşən ərazidə Novruz səhnəsi, həmçinin bölgələrimizdən olan gənclərin iştirakı ilə milli-mənəvi dəyərlərlə bağlı fəaliyyətlər, folklor, musiqi və tanınan müğənnilər tərəfindən ifalar, nümunəvi idman çıxışları və dronlarla hazırlanan şou nümayiş etdirilib.
Festivala 3000-dən çox insan qoşulub, Gənclər Paytaxtının maskotları olan simvolik limon və çay da festivala rəng qatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.