https://sputnik.az/20240317/dagliq-rayonlara-qar-yagacaq---xeberdarliq-463330059.html
Dağlıq rayonlara qar yağacaq - XƏBƏRDARLIQ
Dağlıq rayonlara qar yağacaq - XƏBƏRDARLIQ
Sputnik Azərbaycan
Milli Hidrometeorologiya Xidməti bəzi yerlərdə yağıntının intensivləşəcəyi barədə xəbərdarlıq edib. 17.03.2024, Sputnik Azərbaycan
2024-03-17T20:29+0400
2024-03-17T20:29+0400
2024-03-17T20:29+0400
cəmiyyət
yağış
xəbərdarlıq
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479663_0:160:3073:1888_1920x0_80_0_0_d21b03998f3952b3f6ba7873c980f697.jpg
BAKI, 17 mart - Sputnik. Bakıda və Abşeron yarımadasında martın 18-i axşamdan 21-dək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.Şimal-qərb küləyi 19-u gündüz, 20-də 15-20 m/s, 20-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə aşağı enəcək.Azərbaycanın rayonlarında martın 18-i səhər şimal və qərb rayonlarından başlayaraq 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi-Aran, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Qərb küləyi 19-u gündüz, 20-də bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.Martın 17-si axşamdan 21-dək Böyük və Kiçik Qafqazın, 19-dan 21-dək isə Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylarında sululuğun artacağı gözlənilir.Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479663_170:0:2901:2048_1920x0_80_0_0_7b3cb262e99042c6b01eeea3a5a40330.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yağış, xəbərdarlıq
Dağlıq rayonlara qar yağacaq - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti bəzi yerlərdə yağıntının intensivləşəcəyi barədə xəbərdarlıq edib.
BAKI, 17 mart - Sputnik. Bakıda və Abşeron yarımadasında martın 18-i axşamdan 21-dək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.
Şimal-qərb küləyi 19-u gündüz, 20-də 15-20 m/s, 20-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında martın 18-i səhər şimal və qərb rayonlarından başlayaraq 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi-Aran, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi 19-u gündüz, 20-də bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Martın 17-si axşamdan 21-dək Böyük və Kiçik Qafqazın, 19-dan 21-dək isə Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylarında sululuğun artacağı gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.