SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa Parlamenti Qarabağ ermənilərinə dair sifarişli qərarı ilə həddini aşır - Politoloq

© Sputnik / Murad OrujovCənubi Qafqaz politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə
Cənubi Qafqaz politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə - Sputnik Azərbaycan, 1920, 17.03.2024
Abunə olmaq
Avropa Parlamentinin Azərbaycanda ermənilərinin təhlükəsizliyi və "erməni irsi" ilə bağlı tələbləri ictimaiyyətin qəzəbinə səbəb olub.
BAKI, 17 mart - Sputnik. "Avropa Parlamentinin tövsiyə xarakteri daşıyan belə yararsız vərəqlərində də ən azı forma etibarı ilə qarşı tərəfin istəkləri ilə bağlı bir növ narahatlıq olmalıdır". Politoloq İlqar Vəlizadə Avropa parlamentinin bir qrup üzvünün Aİ liderlərini qurumun Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni mədəni və dini irsinin qorunması üçün fəal addımlar atmasını təmin etməyə çağırışını bu cür şərh edib.

"Bu cür quduz və sifarişli qərarlar hətta Avropa Parlamenti üçün də artıqdır" - politoloq bildirib.

Siyasətçi xatırladıb ki, Avropa parlamentariləri “Dağlıq Qarabağdakı erməni irsi obyektlərinin hər birində 24 saatlıq müşahidə kameraları quraşdırılsın ki, bu ərazilərə real vaxt rejimində dünyanın istənilən yerindən nəzarət edilsin ki, daha da məhv olmasının qarşısını alsın”.
"Onlar həmçinin “Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edəcək beynəlxalq mexanizmlər çərçivəsində öz vətənlərinə qayıtmaq hüququnun” təmin edilməsində israrlıdırlar. Və UNESCO-nun missiyasının Azərbaycanın Qarabağ bölgəsinə təcili göndərilməsini və vaxt təyin olunmasını tələb edirlər, Azərbaycan buna əməl etməsə, sanksiyalarla hədələyirlər" - politoloq bildirib.

"Avropa Parlamentinin hər hansı təşəbbüs qrupunun Qarabağdakı Azərbaycan mədəni irsinin qorunması və azərbaycanlı qaçqınların geri qaytarılması tələbi ilə çıxış etdiyini eşidən varmı? Mina terrorunun pislənilməsi və bu cinayətdə əli olan ölkəyə qarşı sanksiyaların tətbiq olunduğunu eşidən varmı?" - politoloq sual verib.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanat yayıb.
Sənəddə bildirilir ki, "Avropa Parlamentinin bir qrup korrupsioner və irqçi deputatı mədəni irsin qorunması bəhanəsilə Azərbaycana şər atıb və onun daxili işlərinə qarışmağa cəhd edib. Parlamentarilər öz müraciətlərində bütün xalqların irsini ehtiva edən “ümumdünya mədəni irsi” universal ifadələrdən deyil, dini xətlər üzrə ayırıcı ifadələrdən istifadə edib və müstəsna olaraq, erməni irsindən danışıb".

“Hamıya məlumdur ki, Ermənistan öz ərazisində və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində azərbaycanlılara məxsus mədəni irsi sistematik və kütləvi şəkildə dağıdıb. Ermənistan ərazisində 300 məscid, yüzlərlə məzarlıq, çoxsaylı digər mədəni abidə yer üzündən silinib. Ermənistan oradakı Azərbaycan mədəni irsinin vəziyyətinin monitorinqi məqsədilə UNESCO missiyasının səfərinə imkan vermir. Avropa Parlamentinin saxtakar deputatları Azərbaycana qara yaxmaq və dini əsaslarda nifaq yaratmaq əvəzinə, UNESCO missiyasının Ermənistana səfərinin həyata keçirilməsi, oradakı Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün səylər göstərməli və ən əsası, Ermənistandan qovulmuş 300 min Qərbi azərbaycanlının öz yurdlarına qayıtmasına dəstək verməlidir”.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0