CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ucuz dərmanlar qəhətə çəkilir - Apteklər idxalçıları günahlandırır

© Sputnik / Murad OrujovBakıda aptekdə rəflər, arxiv
Bakıda aptekdə rəflər, arxiv - Sputnik Azərbaycan, 1920, 16.03.2024
Abunə olmaq
Dərman satışı obyektləri son illər ucuz antibiotiklərin, ağrıkəsicilərin yerini bahalı dərman preparatlarının tutduğunu bildirirlər. İqtisadçı isə dərman bazarı böyük şirkətlərin inhisarına çevrildiyini bildirir.
BAKI, 16 mart — Sputnik. Son vaxtlar apteklərdə ucuz dərman preparatları tapılmır. İllərdir sınanılan, keyfiyyətinə və qiymətinə görə vətəndaşların daha çox üstünlük verdiyi dərman preparatlarının yerini bahalı dərmanlar alıb. Bu günlərdə bu məsələ Parlamentin komitə iclasında da müzakirəyə çıxardılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev çıxışında bildirib ki, bir qutusu 73 manata satılan "Sincardi" preparatı artıq ölkəyə gəlmir. Onun əvəzinə ölkəyə gətirilən dərman isə 230 manata satılır.
CC BY-SA 4.0 / Agulani / Rufat QuliyevDeputat Rüfət Quliyev
Депутат ММ Руфат Гулиев - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Deputat Rüfət Quliyev

"Yəni vətəndaş 73 manat əvəzinə 230 manat verib, özünə dərman almalıdır?! Bunun qarşısını almaq lazımdır. Mən bir dəfə burada başqa dərmanla bağlı çıxış etmişdim, o məsələ həll olunmuşdu. Biz yenə də bu məsələlərdə insanlara kömək etməliyik. Burada şirkətlər oyunlar oynayır" - deyə deputat bildirib.

Apteklərdən də ucuz dərmanların əksəriyyətinin artıq tapılmadığını təsdiqləyiblər. Gənclik metro stansiyası ərazisində yerləşən "Depo aptek"dən Sputnik Azərbaycan-a bildiriblər ki, ucuz qiymətə satılan ağrıkəsicilər, göz damcıları və sair dərmanların yerini bahalı dərmanlar tutub. Amma apteklər bunun ölkəyə dərman idxal edən iri şirkətlər tərəfindən müəyyənləşdirildiyini söylədilər.

"Aptekə hansı dərman verilirsə, biz də o dərman preparatını satırıq. Ucuz qiymətə olan dərman preparatlarını da həmin şirkətlər gətirməlidir ki, aptek sata bilsin. Son vaxtlar ölkəmizə dərman idxal edən şirkətlər daha çox bahalı dərmanları gətirirlər" - aptekdən bildirilib.

Əlaqə saxladığımız digər apteklərdən də son illər ucuz antibiotiklərin, ağrıkəsicilərin yerini bahalı dərman preparatlarının tutduğunu söylədilər.
"Kanon" aptekdən bildirdilər ki, vətəndaşlar illər öncə satılan ucuz və keyfiyyətli dərmanları hələ də axtarırlar.

"Biz isə onlara məsləhət görürük ki, belə dərman ancaq həmin ölkələrdən gələn şəxslərin, tanış və qohumlarının vasitəslilə ala bilərlər. Çünki, sovet dövründə vətəndaşların istifadə etdikləri, keyfiyətinə əmin olduqları dərman preparatlarının çoxu artıq ölkəmizə gətirilmir" - deyə aptekdən bildirdilər.

İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ucuz dərman preparatları dərmanlar, dərman vasitələrinin qiyməti dövlət tərəfindən tənzimləndikdən sonra qəhətə çəkilib. N. Cəfərli deyir ki, tənzimləmə ölkəyə keyfiyyətsiz və baha dərmanların gəlməsinə səbəb olub.

"Çünki, dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi bazarın inhisarlaşmasına gətirib çıxarıb. Kiçik dərman şirkətləri tədricən bazarda rəqabətə davam gətirməyib bağlandılar. Dərman bazarı böyük şirkətlərin inhisarına çevrilib" - Natiq Cəfərli bildirib.

© SputnikNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Natiq Cəfərli
İqtisadçı onu da bildirib ki, iri dərman şirkətləri ölkəyə daha çox bahalı dərman preparatları gətirməyə maraqlıdırlar:

"Çünki bu zaman gəlirləri dəfələrlə çox olur. Bunun zərərini isə əhali çəkir. Halbuki dövlətin məqsədi keyfiyyətli dərmanların gətirilməsinə şərait yaratmaqdır. Bu bazar daha da liberallaşmalıdır ki, rəqabət mühiti yaransın".

Qeyd edək ki, bəzən ölkəmizdə dərman vasitələrinin qiymətinin bahalığı ölkəmizdə istehsalın olmaması ilə əlaqələndirilir. Natiq Cəfərli isə bu fikirlə razı deyil.
İqtisadçı deyir ki, Azərbaycanda dərmanların qiyməti digər dərman istehsal olunmayan ölkələrlə müqayisədə çox bahadır.

"Gürcüstanda da dərman istehsalı yoxdur. Amma orada dərmanların qiyməti Azərbaycanla müqayisədə çox ucuzdur. Ona görə də ölkəmizdə dərman vasitələrinin qiymət tənzimləmə siyasəti ləğv edilməli, nəzarət funksiyası tətbiq edilməlidir" - ekspert bildirib.

N. Cəfərli onu da əlavə edib ki, ölkəmizdə dərman vasitələrinin qiymətinin bahalaşmasına səbəb olan əsas amilllərdən biri də dərmanlaraı ƏDV-nin tətbiqidir. Onun sözlərinə görə, dərman vasitələrinə əlavə dəyər vergisi qiymətləri daha da bahalaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0