NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

SOCAR İsrailin "zəhərli" neft-qaz layihələrindən çıxacaqmı?

© Photo : SOCARSOCAR-ın binası, arxiv
SOCAR-ın binası, arxiv - Sputnik Azərbaycan, 1920, 16.03.2024
Abunə olmaq
BP və Əmirliyin "ADNOC" şirkəti İsrailin "NewMed Energy" qaz şirkətinin 50%-ni almaq üçün danışıqları dayandırıb. Bu o deməkdirmi ki, İsrailin neft və qaz layihələri iştirakçılarını itirir?
BAKI, 16 mart — Sputnik. Altı aydan artıqdır ki, davam edən İsrailHƏMAS münaqişəsi çoxsaylı mülki əhalinin itkisinə səbəb olub, regional təhlükəsizliyi sarsıdıb, həmçinin yəhudi dövləti ilə Yaxın Şərqin bir sıra ölkələri arasında soyuqluğu geri qaytarıb.
Bundan əlavə, növbəti müharibə öz orbitinə yeni iştirakçılar gətirdi. Nəticədə beynəlxalq yük daşımalarının konturları dəyişdi və İsrailin beynəlxalq şirkətlər üçün müəyyən mənada "toksik" olan enerji layihələri daha az fəal inkişaf etməyə başladılar.
Belə ki, martın 14-də məlum olub ki, Böyük Britaniyanın "BP" və Əbu-Dabinin (BƏƏ) dövlət neft şirkəti olan "ADNOC" İsrailin "NewMed Energy" qaz şirkətinin 50%-nin 2 milyard dollara alınması ilə bağlı danışıqları "regiondakı qeyri-müəyyənliyə görə dayandırıb".
Şirkətlərin 2023-cü ildə İsrail tərəfinə təklif etdiyi layihəyə əsasən, Aralıq dənizinin şərqində qazla zəngin ərazilərdə fəaliyyət göstərəcək müştərək müəssisənin yaradılması planlaşdırılırdı.
© Photo : Facebook / SOCARSOCAR əməkdaşları, arxiv
Сотрудники SOCAR, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.03.2024
SOCAR əməkdaşları, arxiv
SOCAR İsraildə - xaricdə kəşfiyyat və hasilat istiqamətində ilk addımdır
Ötən ilin oktyabrında məlum olub ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsrailin ən böyük karbohidrogen yatağı olan Leviafanın şimal hissəsində qazın kəşfiyyatı üçün lisenziya alıb. SOCAR Böyük Britaniyanın "BP" və İsrailin "NewMed" şirkətlərindən ibarət şirkətlər qrupunun tərkibində yataqlarda işlər görəcək.
Üç il müddətinə qüvvədə olan lisenziyaya əsasən, Azərbaycan Dövlət Neft Şirkəti lisenziyalaşdırmanın dördüncü mərhələsi çərçivəsində iki dəniz blokunun kəşfiyyatı hüququnu əldə edib. İsrail mətbuatının məlumatına görə, lisenziya Leviafhan və Tamar yataqlarının yanında yerləşən bloklara aiddir.
Daha sonra bir sıra KİV-lər SOCAR-ın "BP" ilə birlikdə "NewMed Energy" enerji şirkətinin payının alınmasında da iştirak edəcəyini bildiriblər.
Qeyd edək ki, SOCAR üçün İsraildəki layihələr şirkətin tarixində yeni mərhələni qeyd edəcək. Belə ki, əvvəllər Azərbaycan Dövlət Neft Şirkətinin xarici fəaliyyəti yalnız neft emalı, neft məhsullarının və mayeləşdirilmiş təbii qazın paylanması və ticarəti ilə məhdudlaşırdı. İsrail layihələrində iştirak sayəsində SOCAR Azərbaycandan kənarda karbohidrogen yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan enerji şirkəti kimi özünü sübut etmək imkanı əldə edəcək.
Üstəlik, İsrail və HƏMAS arasında münaqişənin növbəti mərhələsi başlamazdan əvvəl Təl-Əviv və Ankara arasında münasibətlər çiçəklənirdi və Türkiyə hətta İsrail tərəfinə Leviafhan yatağından qazı TANAP (Trans-Anadolu) və TAP (Trans-Adriatik) boru kəməri sistemi vasitəsilə Avropaya nəql etməyi təklif edirdi. Bu məqsədlə Türkiyəyə İsrail yataqlarından Cənubi Qafqaz dəhlizinə qoşula biləcəyi qaz kəmərinin çəkilməsi imkanları müzakirə olunurdu.
Bu halda ARDNŞ qaz layihələrinin kəşfiyyatından və hasilatından tutmuş nəqlinə və həyata keçirilməsinə qədər bütün mərhələlərində iştirak edəcəkdi.
SOCAR-ın İsrail layihələrindən ayrılmasına ehtiyac yoxdur
Bu gün Azərbaycan müsəlman dünyasında bəlkə də yeganə ölkədir ki, uzun illər fəal siyasi və iqtisadi əlaqələr saxlayır. Hətta İran körfəzinin ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşması haqqında Avraamik sazişlər imzalandıqdan sonra da Bakı müsəlman ölkələri arasında Təl-Əvivin əsas tərəfdaşı olaraq qaldı.
İki ölkə arasında iqtisadi əlaqələr, digər məsələlərlə yanaşı, enerji sektorunda da fəal inkişaf edir - ötən ilin sonunda İsrail Azərbaycandan 1,4 milyard dollar dəyərində 2,2 milyon ton "qara qızıl" alaraq İtaliyadan sonra Azərbaycan neftinin ikinci idxalçısı olub.
Üstəlik, İsraillə HƏMAS arasında müharibə başlayandan sonra bir çox müsəlman ölkələri İsraillə ticarəti boykot etməyə çağırıblar. Xüsusilə, İran yəhudi dövlətinə neft tədarükünü kəsməkdə israr edirdi ki, bu da Təl-Əvivin ciddi enerji böhranı ilə üzləşməsi ilə nəticələnə bilərdi. Azərbaycan İsrailə neft tədarükünü davam etdirməklə faktiki olaraq sazişlərə sadiqliyini nümayiş etdirdi və bu, onun etibarlı iqtisadi tərəfdaş kimi nüfuzunu gücləndirdi.
© AFP 2023 / JACK GUEZTəl-Əviv
Вид на Тель-Авив, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Təl-Əviv
Eyni zamanda qeyd etmək yerinə düşər ki, Azərbaycan beynəlxalq platformalarda dəfələrlə Qəzzada atəşkəs elan olunmasını tələb edib, 2023-cü ilin dekabrında isə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə Qəzza zolağında mülki əhaliyə yardım göstərmək məqsədi ilə 2 milyon dollar vəsait ayırıb.
Yəni, Ərəb-İsrail münaqişəsində Azərbaycan hər iki tərəflə siyasi və iqtisadi münasibətləri qoruyub saxlayaraq balanslaşdırılmış mövqe tutur.
Belə olan halda, SOCAR Təl-Əvivlə əlaqələrini inkişaf etdirməklə Şərqi Aralıq dənizinin neft-qaz sektorunda fəaliyyət göstərən əsas xarici şirkətlərdən birinə çevrilə bilər.
SOCAR-ın İsrailin neft və qaz layihələrində iştirakı şirkətə dəniz yataqlarında qaz kəşfiyyatı və hasilatı potensialının açılmasına kömək edəcək, həmçinin şirkətin regionun digər ölkələrində layihələrə qoşulması üçün imkanlar açacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0